Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Dəmirçilər kəndində şəhid Fikrət Rzayevin ailəsində olub, atası Əhliyyət Xudabəndəyevi 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Şəhid Rzayev Fikrət Əhliyyət oğlu 1972-ci il avqust ayının 30-da Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Sonralar ailələri ilə birlikdə Tərtər rayonunun Dəmirçilər kəndinə köçüblər. Həmin kəndin orta məktəbində natamam orta təhsil aldıqdan sonra 183 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1990-cı ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. SSRİ dağıldıqdan sonra keçmiş Sovet Ordusu sıralarından vaxtından əvvəl gələrək “Tərtər Özünümüdafiə Batalyonu”nda hərbi xidmətini davam etdirib. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il avqust ayının 28-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Həmin il oktyabr ayının 22-də bu ərazi ermənilərdən təmizləndikdə onun nəşi tapılıb və doğma kəndə gətirilib torpağa tapşırılıb. Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.

    Müəllif: Redaktor, 13:38

İsmarıclar bağlıdır.