Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,691
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May

    Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Məmmədovun qardaşı Zamin Məmmədovun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, hüquq mühafizə orqanlarının əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Elşən kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
    Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
    Qeyd edək ki, Elşən Məmmədov 6 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuşdur.
    Azərbaycan Ordusunun əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 19 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     

    Müəllif: Redaktor, 13:35

İsmarıclar bağlıdır.