MƏKTƏB BUFETİNDƏ
Çiçək nənə səhər-səhər bufetə daxil olub, ətrafa göz gəzdirdi. İnsafən, hər yan səliqəli idi. Yorğun olsa da, evə gedəndə buraları silib-süpürmüşdü. Dərindən “ah” çəkib, divardan asılmış yağlı döşdüyünü götürdü və taxdı sinəsinə. Döşdüyün yanındakı ağappaq qar kimi xələtə və üçkünc yaylığa gözucu baxıb düşündü: “Kaş bu gün yoxlama-filan gəlməsin. Nə bişirdiyim yağlı kökələri sata bilirəm, nə də evə pul aparıram. Belə də iş olar?”
Sonra Çiçək nənə evdə hazırladığı bir ləyən yağlı kökəni çıxarıb qoydu piştaxtanın üstünə. Müxtəlif şirələrin, suların, peçenyelərin tozunu silib, yenə də öz-özünə götür-qoy eləməyə başladı: “Keçən dəfə bir uşaq bu sudan zəhərlənəndə yaman qorxdum. Dedim, yenə yoxlamalar gəlib buranı ələk-vələk edəcək, nə bilim, istehsal tarixini, keyfiyyətini, harada hazırlanmasını yoxlayacaqlar. Şükür, valideyn insaflı oldu, şikayət eləmədi. Bir də ki, axı mən neyləməliyəm. Zəhmət çəkib uşaqlarına su qoysunlar də.
Elə bu vaxt dərsin bitməsini bildirən zəng çalındı. Bircə dəqiqə keçməmiş bufetin qapıları şaqqıltı ilə açıldı və ətrafı “Çiçək nənə, Çiçək nənə!” səsləri bürüdü. Bufetçi qadın sanki bu səsləri eşitmirdi. Onun gözləri də, fikri də güc-bəla ilə özlərini piştaxtanın qarşısına çatdıran uşaqların əllərindəki puldaydı. Qəpikləri alıb, kiminə kökə, kiminə isə uşaqların dili ilə desək, “şirniquşu” verirdi. Arxada isə uşaqlar tıxacdan tərpənə bilmirdilər. Aşağı sinif şagirdlərindən bəzilərinin ayaqları göydə qalmışdı. Gözlərindən yaş axırdı, amma kim idi onlara fikir verən? Zəng vurulmamış hamı Çiçək nənədən nəsə bir şey almaq, evdən gətirdikləri qəpikləri xərcləmək istəyirdi.
Zəng çalındı. Şagirdlər sanki bir əmrlə geri döndülər və bir-birindən aralandılar. Bayaqdan ayaqları göydə qalan balacalar şaqqıltı ilə yerə dəydilər. Çiçək nənə yalnız indi onları gördü. Yaxınlaşıb qaldırdı və yağlı əlləri ilə gözlərinin yaşını sildi.
Ətrafa sakitlik çökdü. Bufetçi qadın ayaqlarının dincini almaq üçün oturdu və dərindən fikrə getdi: “Bizim vaxtımızda belə deyildi. Tək-tük adamlar məktəbə gedən uşağına pul verirdi. Bufetin pəncərəsinin qarşısında bir-iki uşaq olardı, onlar da, ya bir kökə, ya da peçenyə alardılar. Qalanlarına isə analar evdən bir balaca pay qoyardılar. Bəs, görəsən indiki analar niyə belə deyillər?” Xəyalında canlandırdığı səhnədən özü də qorxdu: “Yaxşı ki, belə deyillər. Bəs, onda mən bu qədər pulu necə qazanardım?” Daha ətraflı »


Qış aylarında günlərin qısalması, günəşli günlərin sayının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Odur ki, qışda süfrələrimizin orqanizm üçün xeyirli olan ərzaqlarla daha zəngin olmasına fikir vermək lazımdır.
Hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biri məhz qripdir. Qripin ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddət sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq bunlara əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də “baş qaldıra” bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası yaranmasının 32-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov COP29 çərçivəsində şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşündə iştirak edib.
Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP29 Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.

Azərbaycanın inkişafının müasir mərhələsində Prezident İlham Əliyevin diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, qəbul edilən Dövlət Proqramları təhsilin, eləcə də peşə təhsilinin səviyyəsinin yüksəlməsinə xidmət edir. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra doğma Qarabağ torpaqlarında bərpa və quruculuq işlərinin aparılması, burada ağıllı kənd və şəhərlərin inşası savadlı, peşəkar kadrlara olan tələbatı daha da artırıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fəqan Zahid oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhid anası Səmərqənd Hüseynova xəstə olduğu üçün əlil arabasına ehtiyacının olduğunu bildirib.
Yeni ismarıclar