Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Noy

    İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 6,2 faiz artıb

    2024-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda 225 milyon 156,2 min manat həcmində və ya 2023-cü ilin müvafiq dövrünə nisbətən 6,2 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 76,8 faiz, xidmət sahələrinin xüsusi çəkisi 23,2 faiz təşkil edir.
    İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 23 milyon 283,1 min manat (10,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 92 milyon 363,6 min manat (41,0 faiz), tikintidə 57 milyon 328,2 min manat (25,5 faiz), nəqliyyat və anbar təsərrüfatında 1 milyon 592,6 min manat (0,7 faiz), informasiya və rabitədə 527,0 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 50 milyon 61,7 min manat (22,2 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı tikintidə 51,9 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 5,2 faiz artmışdır.

    Əsas kapitala 61 milyon manat investisiya yönəldilmişdir

    2024-cü ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 61 milyon 006 min manat həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çox vəsait yönəldilmişdir.
    İnvestisiyaların 57 milyon 328,2 min manatı və ya 94 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
    Ümumi sərmayənin 58 milyon 227 min manatı və ya 95,5 faizi dövlət, 2 milyon 779 min manatı və ya 4,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 12:28

İsmarıclar bağlıdır.