Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,534
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Qış aylarında immunitetin zəifləməsinin qarşısını necə almalı

    Qış aylarında günlərin qısalması, günəşli günlərin sayının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Odur ki, qışda süfrələrimizin orqanizm üçün xeyirli olan ərzaqlarla daha zəngin olmasına fikir vermək lazımdır.
    Həkimlərin söylədiyinə görə, soyuq qış aylarında immuniteti möhkəmləndirmək üçün rasiona dənli bitkilərdən bişirilən müxtəlif sıyıqları daxil etmək lazımdır. Həmçinin qışda sitrus meyvələrindən istifadə etmək lazımdır. Bu meyvələrin tərkibində olan C vitamini virus infeksiyalarına qarşı müqaviməti artırır.
    İmmuniteti artıran ən yaxşı qida növlərindən biri də balıqdır. Qışda balıq süfrədən əskik olmamalıdır.
    Soyuq, şaxtalı havalarda D vitamininin qəbulu azalır. Ancaq havanın günəşli olmasından istifadə edib gəzintiyə çıxmaq da vacibdir. Bu zaman orqanizm üçün çox vacib olan D vitamininin azalmasının qarşısı alınar.
    Qışın ləzzəti itburnu, nanəli və limonlu çayların qəbul edilməsindədir. Bu, soyuq havada bədənin temperaturunu aşağı düşməyə qoymur.
    Bəs, nədən imtina etmək lazımdır? Uzun qış gecələrində orqanizmə heç bir fayda verməyən lazımsız və şəkərli qidalardan uzaq durmalısınız.
    Bəzilərinin o qədər də sevmədiyi sarımsaq və soğan isə təbii antibiotikdir. Bunların hər zaman, xüsusən də qışda yeyilməsi immun sistemini gücləndirir.
    Qışda tərəvəz və meyvələrin, göyərtinin yeyilməsinin vacib olduğunu isə, yəqin ki, bilməyən yoxdur. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər həm vitamin, həm də elementlər baxımından zəngin olduğu üçün xəstəliklərə qarşı qoruyucudur.
    Qırmızı və ağ ət isə sink baxımından ən zəngin qida qaynağıdır.
    Sağlam olmaq istəyirsinizsə, stress və deperessiyadan da uzaq olun!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.