Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biri məhz qripdir. Qripin ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddət sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq bunlara əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də “baş qaldıra” bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
    Qripdən necə qorunmaq olar?
    Qripin hər fəsildə özünü göstərə biləcəyi məlumdur. Lakin, qış aylarında hava şəraiti, qapalı məkanlar və havasızlıq ilə əlaqədar olaraq bu virus özünü daha çox büruzə verir. Qripdən qorunmağın əsas yolu gigiyena və qidalanmadır.
    Xəstəlikdən qorunmaq üçün ilk növbədə tərkibində bol, əsasən də, A, C, E vitaminləri ilə zəngin olan qidalardan faydalanmaq, səhər yeməklərinə xüsusi diqqət yetirməyə və yeni sıxılmış təbii meyvə şirələrindən istifadə etməyə çalışmaq lazımdır. Qida rasionundan ət və ət məhsulları, yumurta, müxtəlif meyvə-tərəvəzlər, süd və süd məhsullarını əskik etməməyiniz, gün boyu bol maye qəbul etmək, idmanla məşğul olmaq məsləhət görülür. İmmunitetinizi möhkəmləndirmək üçün hər gün eyni vaxtda yatıb-durmağa çalışın. Yatmamışdan əvvəl isə otağın havası mütləq dəyişdirilməlidir. Bu orqanizm üçün xeyirli olmaq-la bərabər, evdə olan virusların məhv olmasına gətirib çıxaracaqdır. Qrip insanlar arasında asqırma, öskürmə vasitəsilə asanlıqla yayıla bilər. Ona görə də, qripə yoluxmuş insanlar xüsusi maskalardan istifadə etməlidirlər.
    Qrip zamanı əlləri tez-tez yumaq, qab-qacağı ayırmaq, birdəfəlik salfetlərdən istifadə etmək, asqırma və öskürmə zamanı ağzı əllə və ya salfetlə tutmaq və ən önəmli amillərdən olan məkanın havasını tez-tez dəyişmək lazımdır.
    Unutmayın ki, sağlamlığınız öz əlinizdədir!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.