Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl
    Digər “Yeni Tərtər”in 14 yaşı tamam olur üçün şərhlər bağlıdır

    14 İLLİK DOSTLUQ

    84 yaşlı babanın 14 yaşlı nəvəsidir “Yeni Tərtər”. 14 ildir ki, qolboyun yol gəlirik bu mehriban dostla. 14 ildir ki, hər cür çətinliyə, yuxusuz gecələrə, təntidiyimiz, tıncıxdığımız günlərə dözə-dözə, çiynimizdəki ağır yükü daşıya-daşıya gəlib bu günlərə çıxmışıq.
    84 il əvvəl “Kolxozçuların varlanması uğrunda” olan babasının adını 1937-ci ildə dəyişib elədilər “Qızıl bayraq”. O vaxt bayrağımız qızıldan-zaddan deyildi, rəmzi məna daşıyırdı bu ad, qırmızı sovet bayrağına “Qızıl bayraq” deyirdilər.
    1991-ci ilin yanvarında rayonun adını qoydular bu qəzetə–“Tərtər”. 1998-ci ilin oktyabr ayına qədər təkəm-seyrək də olsa işıq üzü gördü. Sonra isə nadanların və biganələrin laqeydliyi ucbatından yoluna sədd çəkildi, ağzına daş qapandı, zornan susduruldu, dar ağacından asıldı, cəllad balta-kötüyünün qurbanı oldu, qətlə yetirildi, qanına qəltan edildi. Beləcə düz 7 il susduruldu. Halbuki, keçdiyi ömür yolu onsuz da hamar olmamışdı, təlatümlü və keşməkeşli bir həyat yaşamışdı, rayonun tarixi salnaməsini yazırdı, müharibələrin gətirdiyi fəlakətlərdən söhbət açırdı, sadə zəhmət adamlarını tanıdırdı, dövlət siyasətini təbliğ edirdi… Daha ətraflı »

  • 31İyl
    Digər Azərbaycan Milli Mətbuatının 144 illiyi və “Yeni Tərtər”in 14 illiyi münasibəti ilə üçün şərhlər bağlıdır

    TƏBRİKLƏR

    Tofiq müəllim!
    Sizin hamınızı Milli Mətbuat Günü və “Yeni Tərtər”in 14-cü ildönümü münasibəti ilə Azərbaycan QMƏVŞAİB-nin Tərtər Rayon Şöbəsinin adından və şəxsən öz adımdan təbrik edirik!
    Sizə işlərinizdə yeni uğurlar arzulayırıq!
    Sizin uzun illər Vətən naminə çəkdiyiniz əziyyətlər çox olmuşdur. Gün o gün olsun ki, mətbuatda Qələbə müjdəsi çap edəsiniz.
    Allah hər birinizə uzun ömür versin! Qoy Tanrı sizi bütün arzulara çatdırsın, vətən oğlu!
    Bir daha sizi təbrik edirik!

    Rövşən MƏMMƏDOV
    Tərtər

    Əziz dostum Tofiq Yusif!
    Azərbaycan Milli Mətbuat və Jurnalistika Günü və “Yeni Tərtər”in ad günü münasibəti ilə sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edirəm.
    Sizin sayənizdə Tərtər rayon qəzeti ilə uzunmüddətli dostluğumuz davam edir.
    Siz Azərbaycan mətbuatının yükünü çiyinlərində daşıyan ziyalılarımızdan birisiniz. Bu şərəfli missiyanı həmişə layiqincə yerinə yetirmisiniz və indi də yerinə yetirirsiniz.
    Mübaliğəsiz deyirəm ki, Tofiq Yusif “köhnə kişilər”dəndir. Siz həm də dostluğa dəyər verən insansınız. Tanrı sizə və sizin şəxsinizdə bütün qələm sahiblərinə cansağlığı, yeni yaradıcılıq uğurları qismət etsin!

    Hörmətlə: Mərdan HƏSƏNZADƏ
    Bərdə Daha ətraflı »

  • 31İyl
    Digər Tərtər Qarabağ müharibəsi illərində üçün şərhlər bağlıdır

    NƏLƏR ÇƏKDİ BAŞIN SƏNİN…

    Qarabağ müharibəsi təkcə Tərtəri deyil, bütün Azərbaycanı çulğalayaraq, vəhşi yırtıcı kimi insanlarını, ərazilərini caynağına aldı. Saatları, günləri vahiməyə döndərib, hər kəsin başı üzərində bir kabusa çevrildi. Hələ də ağrı-acısı evlərdə, ürəklərdə qalıb. Nəydi bu insanların günahı?! Bir çox isti od-ocağın hənirtisi kəsildi, yurd yerləri yağı düşmənin oylağına çevrildi. Kəlbəcərdə mənfurlar evlərindəki kimi kef eləyir, Cıdır düzündə yeri-yurdu məlum olmayan dığalar at oynadır. Gözəl, hər cür sərvəti ilə tanınan dağlarımız bayquş yuvasına çevrilib. Niyə bizim mərd oğullarımız, igid ərlərimiz arxasız qalaraq şəhid oldular?! Axı, bizim xalqın dəyanətli, qorxubilməz, gücü-qüvvəti ilə tanınan babalarımız olub! Nə oldu bu yurdun qeyrətli oğullarına?!
    Fikrim, düşüncəm Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Ağdərədən, Zəngilandan, Zəngəzurdan, Qubadlıdan, başqa əsir torpaqlarımızdan keçir. Gözümün önündən o qanlı-qadalı günlər çəkilmir. Daha ətraflı »

  • 31İyl
    Digər Sadə peşə adamları üçün şərhlər bağlıdır

    ZƏHMƏTKEŞ ANA

    Bir neçə il əvvəl su xətləri dəyişdiriləndə redaksiyanın qarşısındakı suyu kəsdilər. Səbəbi də o oldu ki, gərək yeni xətt çəkilə, sayğac quraşdırıla, dövlətə müəyyən məbləğdə vəsait ödənilə. Redaksiyanın isə vəsaiti yox. İşçilər qaldı naçar. Otaqların təmizlənməsi necə olsun, yayın qızmar günündə susuzluqdan iş gününü necə başa vurmaq olar? Lakin hər müşkülün bir həlli də olur. Bu çətin anlarda xadimə Zümrüd əlacsız qalan işçilərin su problemini öz üzərinə götürdü. Nə vaxt redaksiyanın qapısından daxil olanda hər yeri səliqə-səhmanlı və su qablarını su ilə dolu görərik. O gündən bu günədək Zümrüd özünə su ilə belə savab qazanır.
    Zümrüd Bayramova zəhmətkeş bir ailədə böyümüş, sadə ailənin gəlini idi. Hər iki ailədə öz halal əməkləri ilə qazanc gətirmək, bunun bəhrəsi olan təmənnasız ruzilərini alın açıqlığı ilə süfrəyə qoymağa nail olmuşlar. Övladlarına halal çörək yedizdiriblər ki, onlar da böyüyəndə zəhmətin, halallığın nə olduğunu anlasınlar. Belə də olub. Hazırda oğlu da, qızları da öz ruzilərini zəhmətləri hesabına qazanırlar. Daha ətraflı »

  • 31İyl
    Ədəbiyyat ÇAĞDAŞ DƏDƏ OZANIMIZ üçün şərhlər bağlıdır

    O, minlərlə soydaşımızın qəlbində özünə məskən salmış, hazırda Bərdə rayonunun Otuzikilər kəndində yaşayan müdrik ağsaqqal, görkəmli şair və şərəfli pedaqoq peşəsinə layiqincə xidmət eləmiş Telman Hüseyndir (Dədə Telman Anadil).
    Telman müəllim həyatı dönə-dönə sınaqlara çəkilən şəxsiyyətlərdən biri olsa da, öz qabiliyətinə inanan, istedadına söykənən bir ziyalıdır.
    Dədə Telman ədəbiyyatımıza bəziləri kimi çılğın, hay-küylə gəlməmişdir. Onun poeziyası da təbiəti kimi sakitdir, təmkinlidir, uşaqlıqda sularından içdiyi, hər birini suyunun dadından tanıdığı, ancaq bu gün xəyalında əlçatmaz xatirə kimi qalan saf və şəffaf bulaqların həzin axışı kimi.
    Telman müəllimin ailəsi öz ata-baba yurdu olan Qərbi Azərbaycanın Vedi rayonunun Haxıs kəndində köçürülməyə məruz qalanda cəmi on yaşı vardı. Elə doğulduğu ildən amansız müharibə–Böyük Vətən müharibəsi ucbatından taleyinə atasızlıq yazılsa da, dilimizə həyan, sözümüzə arxa, folklorumuza himayəçi, müdrikliyi ilə “Dədə” olmaq qisməti də onun taleyinə yazılıbmış.
    İmzasını 1982-1983-cü illərdə mətbuatdan, özünü isə şair dostum Rizvan Nəsiboğlunun vasitəsiylə qiyabi tanıdığım bu insanla görüşmək arzusu ürəyimdə olan başqa arzulara “hökmranlıq” edirdi.
    İyirmi ildən artıq sürən bu intizar 11 iyul 2004-cü il tarixdə sona yetdi. Bi-zim ilk görüşümüz Dədə Telmanın yaxın qohumu olan Rafaelin toy məclisində oldu. O zamandan bəri on beş ildən çox vaxt keçsə də, bu gözlənilməz görüşün sevinci qəlbimdəki başqa arzulara çatmağa ümid verməkdədir. Bu gün neçə-neçə kitablar müəllifi olan Dədə Telman mənim sevə-sevə oxuduğum şairlərdən biridir.
    Dədə Telman yaradıcılığından nümunələr gətirmək mənim üçün çətin iş deyil, çünki seçimə ehtiyac duymuram. Onun yazdığı hər bir şeir nümunə gətirməyə layiqdir. Daha ətraflı »

  • 19İyl

    Digər üçün şərhlər bağlıdır

    “Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir. Bu işdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər”.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 19İyl
    Tərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSAS YANAŞMA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İrəvanlı kəndinin 290 təsərrüfatı, 1035 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 33,5 sentner pambıq, 400 sentner çuğundur tədarük ediblər. Kümçülər isə 240 kq barama təhvil veriblər.
    Bu il isə 51 hektarda pambıq, 35 hektarda taxıl, 38 hektarda arpa, 12 hektarda günəbaxan,174 hektarda yonca əkiblər.
    İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 32 sentner arpa təhvil veriblər. Kümçülər barama istehsalını 1,5 dəfə artıraraq, 650 kq-a çatdırıblar. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər HAKİMİYYƏTƏ GƏLİŞİN 50 İLLİYİ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatı Qərargahında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tədbir keçirildi.
    Tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov “Heydər Əliyev epoxası-50” mövzusunda məruzə ilə çıxış edərək göstərdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyev adı ilə bağlıdır.
    Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi.
    Respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu kimi 14 iyul 1969-cu ildə Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbər təyin edilməsi ölkədə köklü dəyişikliklərin əsasını qoydu. Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı.
    Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalındığı, xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələrin baş qaldırdığı bir məqamda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, siyasi təcrübəsindən faydalanaraq bütün neqativ halların, qarşıdurmaların kəskinləşməsinin qarşısını aldı. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər BMT NÜMAYƏNDƏLƏRİNİN TƏRTƏRDƏ GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin t
    əşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
    Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.
    Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını qeyd edib. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər VƏTƏNPƏRVƏRLİKLƏ BAĞLI TƏDBİR üçün şərhlər bağlıdır

    “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.
    Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb.
    Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.
    O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb. Daha ətraflı »