Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    ZƏHMƏTKEŞ ANA

    Bir neçə il əvvəl su xətləri dəyişdiriləndə redaksiyanın qarşısındakı suyu kəsdilər. Səbəbi də o oldu ki, gərək yeni xətt çəkilə, sayğac quraşdırıla, dövlətə müəyyən məbləğdə vəsait ödənilə. Redaksiyanın isə vəsaiti yox. İşçilər qaldı naçar. Otaqların təmizlənməsi necə olsun, yayın qızmar günündə susuzluqdan iş gününü necə başa vurmaq olar? Lakin hər müşkülün bir həlli də olur. Bu çətin anlarda xadimə Zümrüd əlacsız qalan işçilərin su problemini öz üzərinə götürdü. Nə vaxt redaksiyanın qapısından daxil olanda hər yeri səliqə-səhmanlı və su qablarını su ilə dolu görərik. O gündən bu günədək Zümrüd özünə su ilə belə savab qazanır.
    Zümrüd Bayramova zəhmətkeş bir ailədə böyümüş, sadə ailənin gəlini idi. Hər iki ailədə öz halal əməkləri ilə qazanc gətirmək, bunun bəhrəsi olan təmənnasız ruzilərini alın açıqlığı ilə süfrəyə qoymağa nail olmuşlar. Övladlarına halal çörək yedizdiriblər ki, onlar da böyüyəndə zəhmətin, halallığın nə olduğunu anlasınlar. Belə də olub. Hazırda oğlu da, qızları da öz ruzilərini zəhmətləri hesabına qazanırlar.
    Zümrüd Bayramova ilə söhbətimdə bildirdi ki, ailənin ehtiyaclarını təmin etməkdə rəhmətlik həyat yoldaşı Cabilə həmişə arxa-dayaq olub. 5 övladı böyütmək, ev-eşik sahibi etmək üçün çalışmaq, alın təri tökmək lazım idi. Rayonda çörək zavodunda, tədarük idarəsində xadimə işləyib, 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərində yaşayıblar və 10 il Bakı Azərsun Holdinqdə qablayıcı vəzifəsində işləyib. 2008-ci ildə doğma ev-eşiklərinə–Tərtərə qayıdaraq, çörək bişirilən sexlərdə çalışıb. Bir neçə ildir ki, redaksiyada xadimə işləyir. Harada çalışıb-işləməsidən asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmağa çalışıb. Öz mehribançılığı ilə kollektivdə xətir-hörmət qazanıb.
    Bu gün Zümrüdün 69 yaşı vardır. Ağbirçəklərimizdən sayılır. Onun arzuları firavanlıq, sakit həyat, xoş günlərin bolluğudur. Sadə zəhmət adamının həm övladlarına, nəvə-nəticələrinə, həm də bütövlükdə xalqımıza bu gözəl arzuların nəsib olmasını diləyir. Biz də bu sadə zəhmət adamının xoş niyyətlərinə qoşuluruq.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.