31İyl
Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir… Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
31İyl
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda görüş keçirib.
Keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.
Bu görüşlər ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Daha ətraflı »
31İyl
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. Bu medalları tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib.
Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.
Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha ətraflı »
31İyl
Əskipara kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Əskipara kənd İƏD üzrə nümayəndə Pərviz Mustafayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Kənd ağsaqqalı Tofiq Qasımov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı, sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Sakinlərdən Elşad Əmirov icarəyə torpaq götürmək, ll qrup Qarabağ müharibəsi əlili Səhət Sadıqov mənzil şəraitinin yaxşılaşdırılması, Elnarə Nuriyeva həyətyanı torpaq sahəsi, Arif Hümbətov isə işıq xətlərində olan nasazlıqla bağlı müraciət etdilər. Daha ətraflı »
31İyl
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.
Baş redaktor qeyd edib ki, bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq. Daha ətraflı »
31İyl
Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır. Daha ətraflı »
31İyl
Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub. Daha ətraflı »
31İyl
Hər bir azərbaycanlı öz doğma dilinin zənginliyini və saflığını qorumalıdır.
Altay dilləri ailəsinin türk qoluna daxil olan Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Səlistlik, rəvanlıq, axıcılıq məhz bu dilə məxsusdur. Dil bütün xalqın mədəniyyətinin, keçmişinin nümunəsidir.
Azərbaycan dilinin mürəkkəb tarixi vardır. Qədim zamanlarda bir sıra ölkələrlə vətənimiz arasında münaqişələr yaşansa da ana dilimiz öz milliliyini heç zaman itirməyib.
Eramızın V əsrində Azərbaycan dili təşəkkül tapdı. VI-VIII əsrlər şifahi ədəbi dilin, IX-XI əsrlər yazılı ədəbi dilin, XIII əsr anadilli ədəbiyyatın yarandığı dövrdür. Artıq XIII əsrdən etibarən anadilli ədəbiyyat fars və ərəbdilli ədəbiyyatı üstələmiş, klassiklərimiz doğma dilimizdə yazıb-yaratmağa başlamışlar.
Ulu öndər Heydər Əliyev deyib: Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də dövrünün və ondan sonrakı dövrün mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından ibarətdir.
Məhəmməd Hüseyn Şəhriyar “Türkün dili”, Bəxtiyar Vahabzadə “Mənim ana dilim–mənim kimliyim” şeirlərində dilimizin gözəlliyindən bəhs etmişdilər. Daha ətraflı »
31İyl
Bu ilin məhsulu üçün rayonda 7093,9 hektarda payızlıq buğda, 3814 hektarda arpa səpilmişdir. Ümumilikdə rayonun təsərrüfatlarında 10907,9 hektar sahəyə taxıl bitkisi səpilmişdir. Yemləmə gübrəsinin vaxtlı-vaxtında verilməsi, vegetasiya suvarılmasının aparılması, eləcə də xəstəlik və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri yerinə yetirilmişdir. Asif Mehdiyev, Fazil Vəliyev, İlkin Qurbanov, Mirzə Cümşüdov kimi bacarıqlı və səriştəli fermerlərimiz bu il taxılçılıq sahəsində yüksək məhsuldarlıq əldə etmişlər. Ümumilikdə rayonumuzda taxıl yığımı 42351,9 ton olmuş, ümumi məhsuldarlıq isə hektardan 38,8 sentner təşkil etmişdir. Ondan buğda üzrə yığılan məhsul 29481,9 ton, arpa üzrə isə 12870 ton olmuşdur.
Məhsulun yığım müddətində bacarıqlı və təcrübəli mexanizatorlardan Afiq Məmmədov, Səyəvuş Qənbərov, taxıl daşıyan sürücülərdən isə Cəlal Məmmədov, Maarif Sadıqov fərqlənmişlər.
Arif BEHBUDOV,
Tərtər DAİM-in bitkiçilik sektorunun müdiri
31İyl
Bismilləhir Rahmənir Rahim
Mehriban və Bağışlayan Allahın Adı ilə
Rəvayət edirlər ki, bir nəfər Həzrəti Peyğəmbərdən(s) soruşur: “İslamda ən xeyirli əməl hansıdır?”. Peyğəmbərimiz(s) cavab verdi: “Kasıbları doyurmaq və tanıdığın-tanımadığın hər kəsə salam vermək”.
Dinimiz ictimai dindir və dinimizdə bütün insanların bir-birinin üzərində insanlıq haqları var. Bunlardan biri də imkanlı şəxslərin imkansız şəxslərə yardım etməsi, onlara köməklik göstərməsidir. Bu cür köməklik dinimizdə zəkat və xüms, sədəqə, ehsanat və Qurban mərasimində imkanı olan müsəlmanın kasıb müsəlmanlar üçün ət tədarükü kimi qeyd olunur. Bu gözəl göstərişlərin içində Qurban mərasimi ələlxüsus diqqət çəkir. Rəbbimiz buyurur: “Biz hər ümmət üçün bir qurban ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi heyvanların üstündə(onları kəsdikləri zaman) Allahın Adını çəksinlər(Bismilləh desinlər). Sizin Tanrınız yalnız bir olan Allahdır. Yalnız ona təslim olun! (Ya Rəsulum!) Sən də itaət edənlərə müjdə ver! (Həcc surəsi, ayə 34). Və yenə buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır(Allaha inamınızdır). Allah sizi doğru yola yönəltdiyi üçün Onu böyük tutasınız deyə, bunları sizə belə ram etdi. (Ya Rəsulum!). Ehsan edənlərə müjdə ver! (Həcc,37). Həzrəti Peyğəmbərimiz(s) buyurur ki: “İmkanı ola-ola qurban ayini yerinə yetirməyən kəs islamdan kənardır!”. Daha ətraflı »
Yeni ismarıclar