Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının 26 il ərzində keçdiyi çətin və şərəfli yoldan ətraflı danışdı. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Sonra rayon təşkilatı Şurasının üzvlərindən Sahib Həsənov, Gülarə Əkbərova, Fitat Əliyeva və Tunarə Məmmədzadə də çıxış edərək, təbriklərə qoşuldular.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olundu. Həmin gənclər sırasında partiyanın yaşıdı telekommunikasiya qovşağının işçisi Cavid Qədirli də vardı.
“Yeni Tərtər”