Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. Bu medalları tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib.
    Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.
    Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
    Tədbirdə Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimov, təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev çıxış edərək, medala layiq görülənləri səmimi qəlbdən təbrik ediblər.
    Medallarla təltif olunanlar çıxış edərək ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:36

İsmarıclar bağlıdır.