Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub.
Ərazi ilk partiya təşkilatı 6 ay ərzində 2 ümumi yığıncaq keçirib. Yığıncaqlarda təşkilatın fəaliyyəti ilə bağlı 4 məsələ müzakirə olunub. Partiya iclaslarında müəssisə rəhbərlərinin hesabatlarının dinlənilməsi təcrübəsindən geniş istifadə olunur.
İlk təşkilatda YAP üzvlərinin partiya məsuliyyətlərinin artırılması üçün Nizamnamə tələblərinə uyğun olaraq işlər aparıldığından da danışıldı.
“Yeni Tərtər”