Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İrəvanlı kəndinin 290 təsərrüfatı, 1035 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 33,5 sentner pambıq, 400 sentner çuğundur tədarük ediblər. Kümçülər isə 240 kq barama təhvil veriblər.
    Bu il isə 51 hektarda pambıq, 35 hektarda taxıl, 38 hektarda arpa, 12 hektarda günəbaxan,174 hektarda yonca əkiblər.
    İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 32 sentner arpa təhvil veriblər. Kümçülər barama istehsalını 1,5 dəfə artıraraq, 650 kq-a çatdırıblar.
    Kənd ağsaqqalı Yığbal Həsənov kənd sakinlərinə Respublika Prezidenti tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə rabitə xidmətinin yaxşılaşdırılması üçün telefon dirəklərinin dəyişilməsinə ehtiyac olduğunu bildirdi. Əmək veteranı Nəsib Quliyev Hacallı-Qapanlı yolunun təmirə ehtiyacı olduğunu, Alışarlı kənd sakini Elyana İsayeva çuğundur sahəsinin suvarılmasında çətinlik çəkməsi barədə müraciət etdilər.
    Müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin maddi-rifah halının və sosial müdafiəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
    Kənd sakinləri əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:35

İsmarıclar bağlıdır.