Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyl

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin t
    əşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
    Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.
    Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını qeyd edib. Xatırladılıb ki, BMT-nin ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü iş aparıldığı, bu sahəyə cavabdeh olan Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildiyi, məsuliyyətinin daha da artırıldığı diqqətə çatdırılıb. Tədbirdə Azərbaycanda qaçqınlıq və köçkünlük probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səylər xatırlanıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq ifadə olunub.
    BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai beynəlxalq qurumun təmsilçilərinin bölgəyə səfərini ölkəmizdəki qaçqınlara və məcburi köçkünlərə diqqətin təzahürü kimi səciyyələndirib.
    BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 1995-1997-ci illərdə də Azərbaycanda çalışdığını, o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu xatırladıb. Həmin dövrdə Ali Komissarlığın 10 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyini qeyd edən diplomat bu sahədə Azərbaycan hökumətinin fəaliyyətinin, ölkənin artan sosial-iqtisadi imkanlarının bu problemlərin həllinə yönəldilməsinin təqdirəlayiq olduğunu bildirib.
    Məcburi köçkün İlqar Qasımov deyib ki, öz doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır. Səfər çərçivəsində, həmçinin BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim keçib. Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:30

İsmarıclar bağlıdır.