MÖHTƏŞƏM BAYRAM TƏDBİRİ

Tərtər Rayon İcra Hakmiyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil edilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Tərtər və Ağdərə rayonları üzrə Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Re- gional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev, şəhid və qazi övladları, rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarının üzvləri, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılmış şəhidlərin xatirə lövhəsinin önünə gül dəstələri düzərək, qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər. Sonra uşaqların əl işlərindən ibarət rəngarəng yaradıcılıq sərgisi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, eləcə də ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov balaca fidanları əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt gələcək, sağlam və qayğısız uşaqlıq arzulayıb. Rayon rəhbəri qeyd edib ki, uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İcra başçısı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, xüsusilə həssas qrupdan olan az-yaşlılara göstərdiyi yüksək diqqət və qayğının cəmiyyət tərəfindən hər zaman böyük rəğbətlə qarşılandığını dilə gətirib.
Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək ölkəmizdə uşaqların təhsili, sağlamlığı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm dövlət proqramlarının və layihələrin həyata keçirildiyini, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deputat vurğulayıb ki, uşaqlar hər bir xalqın ən qiymətli sərvəti, dövlətin və cəmiyyətin gələcəyidir. Onların sağlam, savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib vətəndaşlar kimi formalaşması ölkəmizin sabahının etibarlı təminatıdır.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli də təbriklərə qoşularaq qeyd edib ki, bu gün Azərbaycan uşaqları müasir standartlara cavab verən məktəblərdə təhsil alır, idman və incəsənət sahələrində öz potensiallarını nümayiş etdirərək beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. S.Mənsimli uşaqların milli-mənəvi dəyərlərimizə sadiq qalaraq, bilik və bacarıqlarını daim artıracağına və müstəqil Azərbaycanın daha da güclənməsi naminə çalışacaqlarına əminliyini ifadə edib.
Rəsmi çıxışların ardından uşaqların iştirakı ilə rəngarəng bayram konserti keçirilib. Balacaların ifasında təqdim olunan ədəbi-bədii kompozisiyalar, şeirlər, şən mahnılar və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.


Tərtər şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Qarabağ və Şərql Zəngəzur Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Qarabağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mərkəzdə “Milli Liderdən Prezidentə: Qarabağ müasir şəhər və memarlıq konsepsiyası” mövzusunda tədbir keçirilib.
Bir neçə gündən sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayonda “Ailəmiz ən güclü dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Ağsaqqallar şurasının və İctimai Şuranın üzvləri, səhiyyə, mədəniyyət və təhsil işçiləri, gənc ailələr və ziyalılar iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədiri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.
Yeni ismarıclar