Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Mahir Yelmar oğlunun anası Əsədova Zelimə Fərman qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Əsədov Mahir Yelmar oğlu 1976-cı il yanvar ayının 15-də Tərtər rayonunda anadan olub. Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq milli ordu sıralarına qoşulub, ağır və şərəfli döyüş yolu keçib. O, 1993-cü il iyul ayının 22-də Ağdərə rayonunda gedən döyüşlər zamanı artilleriya atəşi nəticəsində şəhid olub. Şəhid Tərtər şəhər qəbiristanlığında dəfn edilib və yaşadığı küçə onun adını daşıyır.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

