Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    RAYONUMUZDA EHSAN SÜFRƏSİ SADƏLƏŞDİRİLİB

    Həyat elədir ki, bir gün gələn bir gün də bu dünyadan getməlidir. Bunu nə qədər dərk etsək də, insan üçün əzizinin, doğmasının itirilməsi ağır zərbə olur.
    Belə zamanlarda yaxınların, dostların gəlib başsağlığı verməsi, ailənin yanında olması bir təsəllidir və bu, xalqımızın böyüklüyünü, humanistliyini göstərir.
    Lakin yas mərasimlərinin dəbdəbəli məclislərə çevrilməsi, təmtəraqlı ehsan süfrələrinin açılması düz deyil və israfçılıq islam dinində də pislənilir.
    Son zamanlar bu istiqamətdə rayonumuzda aparılan təbliğat işlərinin nəticəsidir ki, həm şəhərimizin özündə, həm də kəndlərimizdə ehsan süfrələri sadələşdirilib. Bu, əhali tərəfindən də müsbət qarşılanıb.
    Ona görə ki, həqiqətən əzizini itirmiş bir şəxsin o vəziyyətdə ağır məclis üçün ehtiyat görməsi düz deyil. Çoxları belə məclislərdən sonra borc altında qalır, mənəvi zərbə ilə yanaşı, həm də maddi cəhətdən sıxıntılarla üzləşirdilər.
    Rayon rəhbərliyinin, ağsaqqalların, ağbirçəklərin və Tərtər Cümə Məscidi dindarlarının apardıqları izahat işləri nəticəsində ehsan süfrələrinin sadələşdirilməsi olduqca təqdirəlayiqdir. Çünki biz o məclislərə təsəlli vermək, dərdə şərik olmaq üçün gedirik, bunu isə sadə çay süfrəsi arxasında etmək daha məqsədəuyğundur.
    Qəhrəman tərtərlilər ən çətin günlərdə bir-birinə dayaq olublar. Bu, indi də belədir və hər kəs də ehsan verilməsi məsələsində eyni fikirdədir.

    Sofiya Həsənova,
    Tərtər şəhər sakini,
    rayon Ağsaqqallar Şurasının üzvü

    Müəllif: Redaktor, 12:28

İsmarıclar bağlıdır.