Gözlərimi bu dünyaya açandan mənim üçün əziz və doğma olanları itirə-itirə gəlirəm. Neyləyək ki, dünya belədir? İtirə-itirə gəlirsən və bir gün özün də itirsən. Ömrün vəfası budur.
O günü doğma qardaşım kimi sevdiyim Məmməd Aslan haqq dünyasına qovuşdu, bu gün əziz dostum Qasım Qırxqızlı getdi. Növbədə isə… Başlayıb bir nəslin yarpaq tökümü. Qəribədir, hər iki doğmam göyərçinlər kimi uçub getdilər, qəfildən, bir göz qırpımında. Öləndə də belə öləsən! Sağ əlləri mənim başıma. Daha ətraflı »
-
19NoyDigər HƏSRƏTİN ÖLÜMLƏ QURTARAN YOLU üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
19NoySəhiyyə SƏHİYYƏNİN İNKİŞAFINA XİDMƏT EDƏN YENİLİKLƏR üçün şərhlər bağlıdır
Bu gün dövlət başçısı möhtərəm İlham Əliyevin sosialyönümlü siyasətinin mühüm hissəsini səhiyyənin müasirləşdirilməsi təşkil edir. Bu məqsədlə Prezident tərəfindən bir sıra sərəncamlar imzalanmış, Dövlət Proqramları qəbul olunmuşdur.
Rayonumuzda əhaliyə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Rayon Mərkəzi Xəstəxanası Poliklinika Şöbəsinin müdiri Gülarə Əhmədovadan müsahibə almışdır. Daha ətraflı »Teqlər: Səhiyyə
-
19NoyDigər XALQIN AYAĞA QALXDIĞI GÜN üçün şərhlər bağlıdır
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən didərgin salmırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar. Daha ətraflı »
Teqlər: Digər
-
19NoyDigər YENİ AZƏRBAYCAN PARTİYASI ÜMUMXALQ PARTİYASIDIR üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin çətin sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmışdır. Bu partiyanın yaradılması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Daha ətraflı »
Teqlər: Digə
-
19NoyXəbərlər DÖVLƏT BAYRAĞI GÜNÜ TƏNTƏNƏ ILƏ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Heydər Əliyev prospektindən başlanan yürüş Dövlət Bayrağı Meydanına qədər davam edib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19NoyXəbərlər MEHRİBAN ƏLİYEVAYA XATİRƏ DİPLOMU VƏ HƏDİYYƏ TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
19NoyXəbərlər İLHAM ƏLİYEV BMT-nin ƏHALİ FONDUNUN MÜKAFATINA LAYİQ GÖRÜLÜB üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
05NoyƏdəbiyyat AŞIQ ŞƏMŞİRƏ MƏKTUBLAR üçün şərhlər bağlıdır
Aşıq Şəmşir, nə müddətdi getmisən,
Heç demirsən, dostu, yarı görəydim.
Nə səninlə dost olaydım əzəldən,
Nə də belə intizarı görəydim.Teqlər: Ədəbiyyat
-
05NoyƏdəbiyyat DÜNYA BİR PƏNCƏRƏDİR… üçün şərhlər bağlıdır
MƏMMƏD ASLANSIZ QALAN DÜNYA
Sözlərində bir bülbül cəh-cəhi, bir kəklik nəğməsinin şirinliyi vardı Məmməd Aslanın. O şeir oxuyanda dünya yaddan çıxırdı. Sanki bulaq zümzüməsiydi, yarpaq pıçıltısıydı, çiçək dənizinin ləpələriydi Məmməd Aslanın şeirləri. Azərbaycan dilinin şəhdi-şirəsi, bal dadı hopmuşdu bu azman şairin misralarına. Adam doymaq bilmirdi.
Yazırdı: Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
05NoyXəbərlər Seçkilər fəallıq şəraitində başa çatıb üçün şərhlər bağlıdır
95 saylı Tərtər Seçki Dairəsi 41 seçki məntəqəsini birləşdirir. Umümi seçicilərin sayı 40834 nəfərdir. Seçkilərə hazırlıq ərəfəsində seçici siyahıları bir daha dəqiqləşdirilmiş, hər məntəqə üzrə bu işlər yüksək səviyyədə başa çatmışdır.
Deputatlığa namizədliyi irəli sürülmüş vətəndaşların sayı 6 nəfər olub. Namizədlərdən 2 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülmüşdür. 4 nəfər işə seçkilərə öz təşəbbüsü ilə qoşulmuşdur. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar