Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Sen

    03. jpgMehriban və bağışlayan Allahın adı ilə! Tarixdə elə hadisələr baş vermişdir ki, zaman-zaman insanların qəlbinə sirayət etmiş, daim onları yaxşı işlərə və xoş əməllərə istiqamətləndirmişdir. Belə hadisələr sanki bəşəriyyətə bir mayak olmuş, dinindən, irqindən və milliyətindən asılı olmayaraq insanları düz yola yönəltmişdir. Bu kimi hadisələrdən biri təxminən dörd min ildən yuxarı yaşı olan Həzrət İbrahim (ə) və onun ailəsinin əzəmətli sınaq əhvalatıdır. Müqəddəs Kitabımızda buyrulur ki, “Biz heç kəsin çiyninə gücü çatmadığı yükü qoymarıq” və yenə də bir ayədə buyrulur ki, “insan imtahandadır”. Kimisi imanı ilə, kimisi mal-canı və ən əziz, şirin nemet olan övladı ilə. Hər birimiz gec-tez ilahi imtahandan keçməliyik. Allah güc-qüvvət inayət etsin ki, inşallah biz də imtahan və sınaqlardan üzüağ çıxaq. Amin!
    Hz.İbrahim (ə) özü elə bir ailədə dünyaya göz açır ki, ailənin böyüyü olan ana babası Azər məşhur bütyonan və satan idi. Belə bir mühitdə və belə bir babanın yanında iman qorumaq çox zəhmət tələb edən bir iş idi. Babası bütü düzəldir və İbrahimə (ə) verir ki, apar sat bunu və pulunu gətir. Hz.İbrahim də (ə) bütün ayağına kəndir bağlayaraq sürüyür və “heç kimə nə xeyri, nə də zərəri olmayan bu bütləri alın” deyə car çəkir. Hiddətlənmiş avam, cahil, bütpərəst camaat az qalır ki, onu qətlə yetirsin. Doğrudan da bu çox təhlükəli bir iş idi və hər an Hz.İbrahim (ə) şirin canından ola bilərdi. Sonrakı dönəmlərdə babasını və xalqı müvəhhid dininə (Təkallahlı) dəvət etməklə daha böyük bir fədakarlıq nümayiş etdirmiş oldu. Zəmanənin zalım şahı, özünü “ilah” elan etmiş qəddar Nəmrudla görüş də çox gərgin keçdi və əlbəttə, Nəmrud, onun üzərinə ilahi dəvətlə gəlmiş, ona, yəni, hər kəsə hökm edən şaha öyüd-nəsihət edən bir şəxsin sözlərini həzm edə bilməzdi! Hökm verildi, İbrahim oda atılmalıdır! Ancaq bu yerdə də çətinlikdə olanlara yardım edən Allah, bəndəsinin və Peyğəmbərinin imdadına çatdı, və beləcə bu gözəl aqibətli insanın həyatı öz imanına uyğun olaraq imtahanlarla zəngin oldu. Artıq bir neçə mərhələ keçmişdi, lakin ən əsas bir sınaq da onu gözləyirdi. Uca Yaradan bil-mək istəyirdi görsün xəlili olan İbrahim (ə) (xəlil dost mənasında işlənir) ən əziz nemət olan, uzun illərdən sonra ona qismət olmuş, mehriban oğlu İsmayılı Onun yolunda fəda edə bilərmi?! Hz.İbrahim (ə) və oğlu Hz.İsmayıl bu imtahanlarıyla bütün dünyaya səs saldılar.
    Quran buyurur: “Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. (106). Biz ona (İbrahimə) böyük bir qurbanlıq əvəz verdik. (107). Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (108). (Onu belə yad edirlər: “Salam olsun İbrahimə”!) (109). (Saffats.ayə 106-109).
    Sonralar bu cür fədakarlıqlar bütün Haqq olan işlərdə və Haqq işlər uğrunda savaşan cəmiyyətlərdə və şəxsiyyətlərdə tez-tez təkrarlanmağa başladı. Zalım Yezidin zülmünə öz günahsız axan qanıyla dur deyən Hz.Hüseyn (ə) olmaqla, bu günlərdə qəddar, zalım, terrorçu və istilaçı ermənilərə öz şirin canlarıyla sipər olan Vətən övladlarımıza qədər!
    Bu da bizim igidlərimizin və onların yaxınlarının Allah qatında bir sınaqlarıdır. Allah qəbul eləsin!
    Uca yaradan qarşıdan gələn Qurban bayramımızı hər bir müsəlman üçün, xalqımız üçün mübarək etsin! Amin!Qurban bayramınız mübarək!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 10:43

    Teqlər:

İsmarıclar bağlıdır.