18Fev
2016-cı il “Multikulturalizm ili”dir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm” ili elan edilməsi ilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Mərkəzin direktoru Səlimə Yusibova mövzu ilə bağlı ətraflı məruzə edib. O bildirib ki, multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Azərbaycanda 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış və akademik Kamil Abdulla Mərkəzin rəhbəri təyin edilmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Fev
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
QARABAĞIN QIZIL GÜLÜ İSRAİLDƏ
Bir yəhudinin məktubu haqqında
Bu yaxınlarda mətbuatda İsrailin ölkəmizdəki səfiri Dan Stavın aşağıdakı fikrinə rast gəldim: “Təəssüf ki, bir çox ölkələrdə tolerantlıq anlayışı belə başa düşülür:” Mən dözürəm, ancaq sənə nifrət edirəm”. Azərbaycanda isə tolerantlıq anlayışının mənası bu cürdür: “Mən dözürəm, çünki səni sevirəm.”
Bu sözlər mənə başqa bir yəhudinin Azərbaycana və azərbaycanlılara həsr etdiyi sevgi dolu məktubunu xatırlatdı. İsrailin Netivot şəhərindən Tərtərə göndərilən bu məktubda deyilir: “Dünyanın heç yerində qızıl güllər Qarabağda olduğu qədər ətirli deyil və dünyanın heç bir guşəsində insanlar Azərbaycandakı kimi digər millətlərə dözümlülük və mehribançılıq göstərmirlər. Daha ətraflı »
Teqlər: Digər
18Fev
MÜƏLLİM ƏMƏYİNİN BƏHRƏSİ
“Təbriz müəllim, sabah bir tədbir keçiriləcək, siz hökmən iştirak etməlisiniz, orada sizə mükafat təqdim olunacaq”. Bu çağırış Təbriz müəllimi həyəcanlandırmış və düşünməyə vadar etmişdir.
Axı, mən nə iş görmüşəm, kim tərəfindən mükafatlandırılıram? Bir-birini əvəz edən suallar içində səhərin açılmasını səbirsizliklə gözlədi.
Bilirdi ki, Gənclər Günü münasibəti ilə möhtəşəm bir tədbir keçiriləcək.
Lakin mükafatlandırılmasından xəbərsiz idi. Bu düşüncələrlə necə yuxuya getdiyni bilmədi. Bir də ayıldı ki, artıq səhər açılıb. Hazırlaşıb tədbirə yollandı… Daha ətraflı »
Teqlər: Təhsil
18Fev
Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Daha ətraflı »
Teqlər: Təhsil
18Fev
Nəqliyyat vasitələrinin həyatımızda rolu olduqca önəmlidir. Bu vasitələrdən faydalanmaq üçün onlardan təhlükəsiz şəkildə istifadə etməyi bilmək lazımdır. Bu, təkcə nəqliyyat vasitələrinin idarə edilməsini nəzərdə tutmur, eyni zamanda piyada və sərnişin kimi təhlükəsizlik qaydalarına ciddi riayət edilməsidir. Müəyyən yaşa çatdıqda, təhlükə haqda dünya-görüşümüz formalaşdıqca hər birimiz yol qaydalarına daha ciddi riayət edirik. Lakin məsuliyyətimiz bununla bitmir. Uşaqların bu barədə məlumatlılığı, təhlükəsizliyi də bizim üzərimizə düşür.
Yollarda böyüklərin qeyri-düzgün davranışı, laqeydliyi az təsadüf etdiyimiz hallardan deyil.
Sürətlə gələn maşının qarşısından qaçan, işıqforun qadağanedici siqnalında yolu keçən, avtobus hərəkətdəykən ona minməyə və ya ondan düşməyə çalışan insanlar haqda nümunələr çoxdur. Daha ətraflı »
Teqlər: Digər
11Fev

Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 2 Fevral – Gənclər Günü münasibətilə “Ordu gəncləri böyük qüvvədir” adlı gənclik və vətənpərvərlik bayramı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika və silahlarla tanış olublar. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
11Fev

Gənclər Gününə həsr olunmuş ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər.Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Mərasim gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlamışdır.Toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik etmişdir.
Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ümummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-i Gənclər Günü elan edildi. Daha ətraflı »
Teqlər: Digər
11Fev
ŞURA İCLASI KEÇİRİLİB
YAP Tərtər Rayon Təşkiatının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilatı sədrləri, idarə, müəssisə rəhbərləri , təhsil və səhiyyə sahələrinin təmsilçiləri, Şura üzvləri iştirak edirdi. Şuranın gündəliyində iki məsələ dururdu
YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov hər iki məsələ barəsində geniş məruzə etdi:
Sonra məruzə ətrafında çıxışlar oldu.
Qarağacı ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Həmidov, təhsil ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev, şura üzvü, rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Hacıqərvənd ərazi ilk partiya təşkilatının sədri Vəli Əliyev və şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış etdilər. Daha ətraflı »
Teqlər: Digər
11Fev
ŞƏHƏRİMİZDƏ GÖRÜLƏN İŞLƏR MÜZAKİRƏ OLUNDU

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2015-ci ildə gördüyü işlər barədə Sahib Həsənovun hesabatı dinlənilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Tərtər Bələdiyyəsinin üzvləri, inzibati ərazi dairəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ərazidə məskunlaşmış məcburi köçgünlərin təmsilçiləri iştirak ediblər.
İcra nümayəndəsi Sahib Həsənov öz məruzəsində yaşadığımız dövrün çətin və məsuliyyətli olduğunu bildirərək göstərib ki, dünyanı bürüyən siyasi və iqtisadi böhrana baxmayaraq, Azərbaycan, əvvəlki illərdə olduğu kimi, iqtisadi uğurlarını artırır, ölkəmizdə müxtəlif sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Daha ətraflı »
Teqlər: Digər
11Fev
QƏHRƏMANLAR UNUDULMUR
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə doğulduğu kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta məktəbi bitirib, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə başlamışdı. O, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət başqa sahələrdə çalışsa da 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
Bir müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitlərini məhv edir. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar