Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq

    DSC_3007DSC_3003Bu qızlar rayonumuzun 600-dən yuxarı bal toplayan abituriyentləri arasındadırlar. Nərmin və Pərvanə –hər ikisi Qaradağlı kənd tam orta məktəbinin məzunlarıdır, həm də eyni sinifdə təhsil alıblar. İkisi də sınaq imtahanlarında birgə yarışardılar, eyni müəllimlərin yanında hazırlaşardılar. Bu gün bu qızların arzuları reallaşıb, həyəcanlı günləri arxada qalıb. Hər biri II qrupda imtahan verərək yüksək bal–Nərmin 625 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə edilməsi fakültəsinə, Pərvanə isə 622 balla Azərbaycan Dövlət İqtisad Universi-tetinin iqtisadiyyat fakültəsinə qəbul olunub. Nərminin də, Pərvanənin də sevinci hədsizdir. Qızlar gələcək arzularından və uğur qazanmalarında zəhməti olan valideyn və müəllimlərindən ürəkdolusu danışdılar.
    Nərminin dediklərindən: – Böyük bacılarım Gülnar və Azadə ali məktəblərdə oxuyanda məndə bir həsəd hissi yaranmışdı, üzərimdə ciddi çalışırdım ki, mütləq mən də ali məktəb tələbəsi olmalıyam. Eşidəndə ki altıyüzdən yuxarı bal toplamışam, bir an gözlərimə və qulaqlarıma inanmadım. Indi isə qürur hissi keçirirəm. Üzərimdə zəhməti olan hər kəsə minnətdaram.
    Pərvanənin dediklərindən: –Rəfiqəmdən fərqli olaraq mən ailəmizin ilk övladıyam. Sadə ailəmiz var. Atam avtomobil çilingəri, anam isə evdar qadındır. Uğur qazanmağımda müəllimlərimlə bərabər anamın çox böyük rolu olub. Şad xəbəri isə atam sevinclə bildirdi ki, 622 bal toplayaraq ali məktəbə qəbul olmuşam. Mən fərəhimi heç nə ilə ifadə edə bilmirəm. Bundan sonrakı arzularım tələbə adını şərəflə doğrultmaq, magistratura təhsili almaqdır. Tələbə adı qazanmış bütün həmkarlarıma uğurlar arzulayıram.

    Müəllif: Redaktor, 14:23

    Teqlər:

İsmarıclar bağlıdır.