MİTDİB.Bakı.Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakı şəhərində “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransa KİV təmsilçiləri və internet fəalları qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnternet informasiya resursla-rında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində baş tutub. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Bax-mayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsal-çıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.
Konfransda iştirak edən CASCFEN sədri Azər Həsrət və AJN sədri Ayaz Nizamoğlu onlayn media müstəvisində müəllif hüquqlarının qorunması üçün tətbiq edilən yeni texnoloji mexanizmlər barədə məruzə edib lər. JAM sədri Seymur Verdizadə, TUMİB sədri Çingiz Bayramov, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Nif-tiyev, “Region plus” Jurnalının baş redaktoru Namiq Mailov, “Trend” İA təmsilçisi Elçin Hüseynov, Lider TV-dən Elnur Niftəliyev, “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Qasımov, VTİHİB sədri Teyyub Mirqasımov, AzPress.az-ın baş redaktoru Rasim Sadıqov çıxışlarında müəllif hüquqlarının qorunmamasının peşəkar KİV-lər və jurnalistlər üçün yaratdığı problemlərdən bəhs edərək, keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb, Cənub və Şimal-şərq bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “KİV və müəllif hüquqları” adlı vəsait də çap edilib, jurnalistlər arasında pulsuz paylanır.
-
29Avq
Müəllif: Redaktor, 14:41
Teqlər: Xəbərlər