Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin portalın fotoqrafı Arunas Sartanaviçusun, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu nəticələrlə daha yaxından tanış olmaq məqsədi ilə Tərtər rayonunda səfərdə olmuşlar.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmıdır.
Sonra qonaqlar Tərtər şəhərində, Şıxarx qəsəbəsində, Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxmışlar.
-
07Sen
Müəllif: Redaktor, 12:04
Teqlər: Xəbərlər