04Sen
Tərtərdə bir kənd var…
Bu kəndin sakinləri sovet hakimiyyəti illərində bağçılığa meyilli olublar. Burada yetişdirilən narın dadı, tamı dillər əzbəri idi. Bir zamanlar narçılıq sovxozu kimi məşhur olan kəndin dolanışığı indi də bağa, bağçaya bağlıdır. Ələsgərli adlanan bu kənddə ağaca qulluq etməyin, ting yetişdirməyin öz qanunları var. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
04Sen
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Biz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
26Avq
Bir necə ildir ki, təsərrüfatımda cins iribuynuz- lu heyvanların sax- lanması ilə məşğul oluram. Artıq bunların sayı 200 başa yaxın-dır. Cins malların saxlanması həm heyvan mənşəli məhsulların istehsalının artırılması baxımından, həm də fermerə verdiyi mənfəətə görə sərfəlidir. Satdığımız südün və ondan hazırlanan məhsulların kefiyyətinə də söz ola bilməz. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
26Avq
Mən süni mayalanma texniki işləyirəm. Vəzifəmlə əlaqədar hər gün heyvandarlar arasında oluram, təsərrüfatlarda müşahidələr aparıram. Açığını deyim ki, bəzən yerlərdə elə cırlaşmış mallara rast gəlirəm ki, bunların saxlanılması onun sahibindən ötrü cərimədən başqa heç nə gətirmir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
26Avq
Həyatda peşələr çoxdur. Onların hamısı yaxşı, hamısı gərəklidir. Ancaq insanlar arasında sorğu keçirilən zaman əksər çoxluq müəllim adının üstündə dayanır. Ona görə ki, bütün peşələrin ibtidaisi müəllim əməyi ilə başlayır. Hər bir uşaq birinci sinifə gedəndə onun əlindən tutub ana, vətən sözlərini yazdıran müəllimdir. Bu baxımdan hər bir müəllimin uşaqların, onların valideynlərinin ürəyində öz yeri olur. Hər bir insan ilk müəllimini heç vaxt unutmur., yaddan çıxarmır… Daha ətraflı »
Teqlər: Təhsil
26Avq
Həyəcan siqnalı
Sabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
…Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Bir dostum varıydı… Təpədən –dırnağa səmimiyyət idi. Nə etsəydi, hamısı təbii alınardı. Onun gülüşündən tutmuş əsəbinə qədər hər şey özününküydü. Əlavə bir qondarması,” boğazdan yuxarı bir sözü” olmazdı. Nə cür görünürdü, o cür də varıydı, nə cür varıydı, o cür də görünürdü. İncikliyi də dost kimiydi. Dostluğu isə əvəzolunmazdı. Bir sözlə, mən belə təbii adam görməmişdim. Dünyanın bu anlaşılmaz, bu sərsəm vaxtında şükür edirdim ki, nə yaxşı belə insan var! Onun əsəbdən doğan acı sözləri də digərlərindən seçilirdi, sanki bal kimiydi. Elə bil bu istiotdan acı sözləri də ilıq bir istəkdən əmələ gəlirdi. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Cəlilabad rayonuna səfəri zamanı Prezident İlham Əliyev demişdir ki, “…bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır.” Dövlət başçısı şəhər və kəndlərin görkəminin dəyişdirilməsi ilə yanaşı əhalinin rifah halının yüksəldilməsini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkədə bir sıra sosial proqramlar həyata keçirilir. Məhz bunun nəticəsidir ki, dünyanı bürüyən böhrana baxmayaraq, son illər ölkəmizdə insanların güzəranı yaxşılaşır. Daha ətraflı »
Teqlər: Digər
26Avq
Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edib, sonra yarış iştirakçılarına uğurlar arzulayıb. Daha ətraflı »
Teqlər: İdman
Yeni ismarıclar