MULTİKULTURALİZM HAQQINDA FİKİRLƏRİM, YAXUD MAKSİM QORKİNİN “DANKO HAQQINDA ƏFSANƏ”Sİ
Rus mütəfəkkir yazıçısı Maksim Qorkinin romantik bir hekayəsi var: “Danko haqqında əfsanə”. Əsərdə göstərilir ki, öz yurdunda sağlam və firavan yaşayan xoşbəxt bir tayfa vardı. Bir gün daha güclü bir tayfa onlara hücum çəkdi, onları günəş işığı belə görməyən zülmət bir yerə qovdu, doğma yurd-yuvalarından didərgin saldı. Torpağından didərgin düşənlər isə xoşbəxt ola bilməzlər. Sarı bülbül haqqında deyimdə olduğu kimi: Sarı bülbülə şah sarayında qızıldan qəfəs düzəltmişdilər. Lakin o oxumur, elə hey göz yaşı tökür, ahu-zar edirdi. Şah bülbülü qəfəsdən buraxdırdı və onu izləməyi əmr etdi. Bülbül uçub gedib boz bir biyabanda qaratikan koluna qondu. “Oxqay, vətənə gəldim, imana gəldim”, – dedi və cəh-cəh vurmağa başladı.
Yaxud bizim məşhur xalq bayatısında deyildiyi kimi:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
Mən, keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşam. Kəndimiz ermənilərin əhatə-sində yerləşirdi. Biz, azərbaycanlılar, rayonda azlıq təşkil edirdik, rayon rəhbərliyində yalnız partiya və komsomol komitələrinin ikinci katibləri ilə təmsil olunurduq.
1992-ci ilin fevralında uzunmüddətli blokadadan sonra kəndimiz işğal olundu. Biz didərgin düşdük…
Elə bil Qorkinin hekayəsini yaşayırdıq. Dünən bir tayfanın digərinə etdiyini bu gün bir millət digərinə etdi. Daha ətraflı »


Mərhum xalq şairimiz, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Rəsul Rzanın sözləridir. Gözəl sözlərdir, elə deyilmi? Məncə gözəldən də gözəldir! Bunun sübuta ehtiyacı yoxdur.
Multikulturalizm termini düşüncəmizə yeni daxil olub. Bu termin haqqında müxtəlif ölkələrdə müxtəlf təhlillər mövcuddur. Ümumilikdə multikulturalizm mədəniyyətlər və dinlər arasında bir ünsiyyətdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşib. Azərbaycanın Asiya və Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynamışdır. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini-mədəni müxtəliflik və dəyərlər nəzərdə tutulur.
Mehriban və bağışlayan Allahın adı ilə! Tarixdə elə hadisələr baş vermişdir ki, zaman-zaman insanların qəlbinə sirayət etmiş, daim onları yaxşı işlərə və xoş əməllərə istiqamətləndirmişdir. Belə hadisələr sanki bəşəriyyətə bir mayak olmuş, dinindən, irqindən və milliyətindən asılı olmayaraq insanları düz yola yönəltmişdir. Bu kimi hadisələrdən biri təxminən dörd min ildən yuxarı yaşı olan Həzrət İbrahim (ə) və onun ailəsinin əzəmətli sınaq əhvalatıdır. Müqəddəs Kitabımızda buyrulur ki, “Biz heç kəsin çiyninə gücü çatmadığı yükü qoymarıq” və yenə də bir ayədə buyrulur ki, “insan imtahandadır”. Kimisi imanı ilə, kimisi mal-canı və ən əziz, şirin nemet olan övladı ilə. Hər birimiz gec-tez ilahi imtahandan keçməliyik. Allah güc-qüvvət inayət etsin ki, inşallah biz də imtahan və sınaqlardan üzüağ çıxaq. Amin!
İndiki zamanda bir çox televiziya verilişləri kal armuda dönüb tı-xanıb bu xalqın xirtdəyinə–nə uda bilir, nə geri qaytara bilir.
Dövrünün müasir tipli uşaq bağçası–körpələr evi idi bu bina. Tikildiyi zamanda yaraşıqlı görkəmi, müasir avadanlığı, mehriban tərbiyəçiləri və gələcəyin gül balalarından ibarət sakinləri vardı bu bağçanın. Bu gün də var. Amma necə və kimlər? İndinin sakinləri gül-çiçəkli, buz bulaqlı dağlarını, illərnən tikib-qurduqları ev-eşiklərini, var-dövlətlərini qoyub gəlmiş, Ağdam, Ağdərə, Kəlbəcər rayonlarından qaçqın-köçkün düşmüş vətən övladlarımızdır.
Kəlbəcər mahalından qaçqın düşən Dağıstan Abdullayev 1993-cü ildən Tərtər rayonunun Ağkənd kəndində məskunlaşıb. Gəncə Dövlət Universitetini də elə 1993-cü ildə bitirib. O vaxdan da Ağkənddə yerləşən Kəlbəcər rayon 68 saylı orta məktəbində direktor müavini işləyir. Ailəlikcə kənd camaatına qaynayıb qarışıblar. Ailədə 4 nəfərdilər–özü, həyat yoldaşı və iki qızı.
Tərtər Rayon İcra Hakimiyyətinin elektron saytında qeyd olunur ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Respublika Prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval-ruhiyyəsini, ölkə rəhbərinə– Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğını hiss etmiş, əmin olmuşlar ki, Ali Baş Komandan, öz dediyi kimi, hər bir vətəndaşın prezidentidir.
Şəhərdə 7 ədəd çoxmərtəbəli yaşayış binalarının fasad və giriş hissələri suvanıb rənglənmişdir. Bu işlərin görülməsi üçün əhalinin məşğulluğunun təmin olunması məqsədilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür. Bundan başqa, şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində işləmək üçün 70 yeni iş yeri yaradılmış və 70 nəfər Tərtər sakini daimi işlə təmin olunmuşdur.
“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibəti ilə redaksiyada tədbir keçirildi. Qəzetin baş redaktoru Tofiq Yusif 7 illik fasilədən sonra qəzetin yenidən nəşr olunmağa başlamasının rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi. Bildirdi ki, ilk vaxtlar işdə bir sıra çətinliklər olsa da (bina, lazımi avadanlıq yox idi, kollektiv formalaşmamışdı), “Yeni Tərtər”in ilk nömrəsi 2005-ci il avqustun 20-də işıq üzü gördü.
Yeni ismarıclar