Tərtər çayının sağ və sol sahillərini birləşdirən, rayonumuzun Sarıcalı və Zolgörən kəndləri arasında inşasına cəmi bir ay əvvəl başlanmış mühüm strateji əhəmiyyətli körpünün tikintisi davam edir. Bu ərazilərdəki yaşayış məntəqələrinin insanlarının çoxdankı arzuları artıq reallaşmaq üzrədir.
Yeni körpü 3 aşırımlı olmaqla uzunluğu 106, eni 12 metrdir. 4 dayaq üzərində inşa ediləcək körpünün 2 dayağı tamamilə hazırdır, üçüncü və dördüncü dayaqların quraşdırılması işləri davam edir.
Hal-hazırda körpünün tikintisində hər gün 40 nəfər işçi qüvvəsindən və 15-ə yaxın texnikanın gücündən istifadə edilir. Yeni körpünün uzun-ömürlü və dayanıqlı olması üçün var qüvvəmizlə çalışır, keyfiyyəti diqqət mərkəzində saxlayırıq.
Onu da qeyd edim ki, körpünün sifarişçi təşkilatı “Azər-avtoyol” ASC, podratçı təşkilatı isə “Körpü-Bina Tikinti” MMC-dir.
Sifarişçi təşkilatın nümayəndələri vaxt-aşırı yanımıza gəlir, görülən işlərin keyfiyyətinə nəzarət edirlər.
Burada çalışan insanların hər birinin məqsədi keyfiyyətli iş görməkdir. Bu, bizim birinci işimiz deyil, hər birimizin bu sahədə kifayət qədər təcrübəmiz var.
Vidadi Məcidov,
körpü tikintisinin iş icraçısı


Ümumi sahəsi 1200 kvadratmetr olan tarix-diyarşünaslıq muzeyinin tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev prospektində tikilən bu yeni bina zirzəmili və ikimərtəbəli olacaqdır.
Murovdağın ətəyində qərar tutan Tərtər rayonu cəbhə bölgəsi olsa da, öz təbii gözəllikləri ilə digər bölgələrdən fərqlənir. Buranın təbiəti insan sağlamlığı üçün əvəzolunmaz nemətdir.
Torpağı sevən, onu ürəklə becərən kənd əməkçilərimizin bir qismi taxıl biçini başa çatandan sonra ümumilikdə 18 hektar sahədə təkrar əkin keçirmişlər. Bunun 14 hektarı yerkökü (sarıkök), 4 hektarı isə mətbəx çuğundurudur ki, hasilə gələndən sonra hər iki məhsulu toplayıb bazarda satışa çıxaracaqlar.
Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
Hüsənli kəndinin taxılçıları ötən ilin payızında 365 hektar sahəyə taxıl əkmişdilər. Fermer və ailə-fermer təsərrüfatlarının üzvləri bütün işləri yüksək aqrotexniki qaydalar əsasında yerinə yetirdiklərinə görə hər hektardan orta hesabla 40 sentner buğda götürdülər.
Yaşadığımız İsmayılbəyli kəndinin sakinləri torpağı sevib ona qayğı göstərdiklərinə görə həmişə torpaq da sevindirir onları.
Ötən ilin payızında kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri 183 hektar sahədə taxıl becərdilər. Onun 106 hektarı buğda, 77 hektarı isə arpa idi. Zəmilərə qayğı ilə qulluq edildiyi üçün məhsuldarlıq yaxşı oldu. Taxıl zəmilərindən 523 ton məhsul götürdük. Buğda üzrə hər hektarın orta məhsuldarlığı 33,6 sentnerə, arpa üzrə isə 22,2 sentnerə çatdırıldı. Maarif Mehdiyev, Vəliyəddin Nəcəfov, Güloğlan Kərimov, Səfər Məhəmmədov və başqaları zəmilərdən daha çox məhsul götürdülər.
Yaxşı ki, o dünyada varlıya, kasıba fərq qoyulmur. Yoxsa axirət dünyasının da bir dadı-ləzzəti olmazdı. Bu dünyadakı kimi orada da təbəqələşmə getsəydi, yenə də kasıblar ağlar günə qalacaqdırlar. Niyə? Çünki varlılar cənnəti satın alacaqdılar və başlayacaqdılar huri-mələklərlə eyş-işrətə (bu dünyadakı kimi). Yazıq kasıbların yeri isə Cəhənnəmin ortası olacaqdı–gah qır qazanında yanacaqdılar, gah “Qıl körpüsü”ndən keçiriləcəkdilər, gah İnkirminkir sorğu-sual edəcəkdi, gah da alovu zəban çəkən tonqallara atacağıydılar onları. Bir sözlə, başlarına yüz oyun açacağıydılar (bu dünyadakı kimi). Yaxşı ki, orada vara-dövlətə görə ayrıseçkilik yoxdur. Bəs onda qəbiristanlıqlardakı bu dəbdəbə, bu təmtəraq kimə və nəyə lazımdır? Onların ölülərə bir xeyri var, ya yox? Bəlkə yerlərini isti saxlayır və yaxud qarınlarını doydurur? Kimlərisə qonaq da qəbul eləmirlər ki, qəbirlərinin üstündəki möhtəşəm baş və sinə daşlarını, bahalı qranit və mərmərləri göstərib öyünsünlər. Və yaxud bu dəm-dəstgahı o dünyadakılara nümayiş elətdirib desinlər ki, biz sizin tayınız deyilik.
Yeni ismarıclar