78 yaşlı müəllim ziyarət edilib
Azadqaraqoyunlu kəndinin ağsaqqalı, əslən Qərbi Azərbayacandan olan 78 yaşlı Nadir Sadıqov uzun illər təhsil sahəsində xidmət göstərib və gənclərə nümunə olan həyat yolu ilə həmkəndlilərinin hörmətini qazanıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində olarkən YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin rəis müavini Elxan Zamanovla birlikdə ağsaqqalı ziyarət edib, sağlamlıq vəziyyəti və sosial qayğıları ilə maraqlanıblar. Onun problemlərinin həlli istiqamətində müvafiq tapsşırıqlar verilib.
Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər və yaşlı nəslin nümayəndələrinə diqqətin artırılması yerlərdə məmnunluq hissi ilə qarşılanır.
Bu barədə Nadir Sadıqov qonaqlarla söhbətində bildirib. O, həmçinin valdeynləri, təhsil işçilərini və bütün ictimaiyyəti böyüyən nəslin təlim-tərbiyəsində daha fəal olmağa çağırıb.
“Yeni Tərtər”

