Ümumi sahəsi 1200 kvadratmetr olan tarix-diyarşünaslıq muzeyinin tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev prospektində tikilən bu yeni bina zirzəmili və ikimərtəbəli olacaqdır.
Binanın tikintisinə xeyli işçi qüvvəsi və müasir texnika cəlb edildiyindən gündəlik iş norması artıqlaması ilə yerinə yetirilir. Hazırda binanın ikinci mərtəbəsində iş gedir. İnşaatçılar işin keyfiyyətini də diqqət mərkəzində saxlayırlar.
Rayonumuzun mərkəzində, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının və şahmat məktəbinin yeni binaları ilə bir sırada yerləşən bu obyekt şəhərimizin gözəlliyinə daha bir tövhə olacaqdır.
“Yeni Tərtər”