| Dünyama dünya
Bir dünyam varydı–könül dünyası, Əcəb ad vermişdim dünyama–Dünya. Saldı öz gününə, viranə qoydu, Yaman əl gəzdirdi dünyama dünya.
Sənnən güclüydümü bir para qansız? Kim dedi qan ağla, kim dedi qan sız? Görəndə şad-xürrəm, görəndə qansız, Həsədmi apardın dünyama, dünya?!
Dağıtdın , bələndi ömür-gün aha, Talıb sahib idi hansı günaha? İndi ha boylanım ötən günə, ha, Bir də abad olmaz dünyam, a dünya.
Dəyən dəydimi Dağlar, o ləzətlər, yaylaq, o dəmlər Sıx alaçığında, dəyəndəydimi? Dərədə baldırğan baş qaldıranda, Döşdə dağ moruğu dəyəndəydimi?!
Gəldi bədnəzərin yaman gözünə, Xəyanət də qatdı yaman gözünə. İti bir ox kimi yaman gözünə Alaçığın dəydi, dəyən dəydimi?
Oldum o çağlar ki, qonaq mən sizə Doğmatək sarmaşan məndim, mən sizə. Mən sizsizə döndüm, siz də mənsizə, Talıbtək sizə də dəyən dəydimi?! |
Düzgünə Talıb
Dövran avamlığa dönüşdü hələ, Nadana nizam nə, düzgü nə, Talıb? Deyinmə, dərd verən verib çəkməyə, Böl aya, həftəyə, düz günə, Talıb.
Dərdə libas deyib ulu köhnələr, Mərdanə geyin ki, sən də köhnəl ər. Qüssədən nəm çəksə solar, köhnələr, Sər təmiz havaya, düz günə, Talıb.
Nə qəza ötüşməz, nə qədər hələ, Nə qədər “bəlkə” var, nə qədər “hələ”. Hədəf olacaqsan nə qədər hələ, Bəşər əyri deyir düzgünə Talıb.
Yetişdirməz çəmən sözü, düz sözü, Qəlbinnən dər bişmiş sözü, düz sözü. İnci kimi, sədəf kimi düz sözü, Qanan qiymət verər düzgünə Talıb.
Acı var Təzadlıdı bu həyatda nə varsa, Həm şirin var, həm gərəkli acı var. Şirininə dodaq büzən toxları, Acısına möhtac olan acı var.
“Tozdu” deyib, “çirkdi” deyib tox una, İstəyər ki, ac qəlbinə toxuna. Bu dünyanın vara həris toxuna Əziz cannan şirin oldu acı var.
|
Qoy eşitsin qınayan da, yazan da, Dediyini de məqamda, yaz anda. Deməyin ki, Talıb haqlı yazanda Acıdildi, sözlərində acı var.
Gözəli gözəl Qələmim, dövrana, filana uyma, Çirkini çirkin yaz, gözəli gözəl. Canlıdı, cansızdı, fərqinə varma, İlahi yaradıb gözəli gözəl.
Şahid olsa belə göz oxşamağa, Gərək aldanmasın göz, oxşamağa. Könül oxşamağa, göz oxşamağa Quruca daşın da gözəli gözəl.
Qələm qələm olmaz, billəm yazmadan, Günəşi Ay yazıb, Ayı yazma Dan. Saxta görülmədən, saxta yazmadan Qorusa əl gözü, göz əli, gözəl.
Talıb, şeriyyəti bir gözəl yaz san, Gül sözlə özün də bir gözəl yazsan. Bir sadə, bir şirin, bir gözəl yazsan, Oxunar şerin də gözəli gözəl. |


Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhvalruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri, ümumilikdə minlərlə rayon sakini iştirak ediblər.
Azərbaycan Respublikasının Müdafiə nazirliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan avto yürüş keçirilib. Qarabağ istiqamətində “Qarabağ Azərbaycandır Və nida” şüarı altında keçirilən yürüş dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərlə təşkil olunub. Yürüş 3 istiqamətdə eyni zamanda başlayıb: “Bakı-Tərtər”, “Biləsuvar-Beyləqan”, “Qazax-Gəncə”. Hər üç istiqamətdə tədbirlər mitinq ilə başlayıb. Marşrut boyu yerləşən Şəhidlər Xiyabanları ziyarət edilib, şə-hidlərin məzarı üzərinə gül dəstələri qoyulub. Ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon YAP Gənclər Birliyinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü mü-nasibəti ilə “Bayraq yürüşü” keçirildi. Mərkəzi Meydandan başlayan yürüş Bayraq Meydanına qədər davam etdi.
Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Tərtərdə də razılıqla qarşılanıb. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub.
Evoğlu kəndində keçirilən qəbul-görüşdə Tərtər Rayon İcra
Gənclər və İdman naziri Azad Rəhimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri ilə tanış olublar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan Tərtər şəhərinin Baş planı layihəsinin ilkin variantının təqdimatı olub.
Yeni ismarıclar