Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Dek

    Zaman-zaman qanımıza, canımıza hopan incəsənət mədəniyyətimiz və musiqi incilərimiz var. Ruhumuuoxşayan sazımız, muğamımız əsrlərnən yaşayıb, bu günümüzə kimi öz ecazkarlığını saxlayıb, klassik sənətçilərimizin ifalarından süzülərək müasir gəncliyimizə ərmağan olub.
    Sözümü sazdan, muğamdan salmağım nahaqdan deyildi. Yaxın günlərin söhbətidir. Facebook səhi-fəmi nəzərdən keçirirdim. “Umudlu” Folklor Evinin paylaşdığı bir video ilə qarşılaşdım. Heyrət məni bürüdü. 2 oğlan uşağı çıxış edirdi. Biri gözəl saz çalırdı, biri isə əlində qaval oxuyurdu. Bu yeniyetmələrin çıxışları xoşuma gəldiyindən təkrarən onla-rın ifalarını bir də izləyəsi oldum və sonra əlaqə sax-layaraq onları redaksiyaya dəvət etdim.
    Müəyyən vaxt keçmişdi. Bir gün iş otağının qapısı döyüldü. İçəri tanımadığım bir qadın və iki nəfər azyaşlı oğlan girdi. Qadın dilləndi: “Mən demişdim ki, vaxt eliyib gətirəcəm. Sözümü yerinə yetirdim”.
    Uşaqların birinin əlində saz, birinin əlində qavalı görəndə gələnlərin kim olduğunu anladım. Əvvəcə qadınla tanış oldum, söhbətdən öyrəndim ki, “Umudlu” Folklor Evinin müdiri Könül Niftaliyevadır. O, Şuşa Mədəni-Maarif texnikumunun klub işçisi, özfəaliyyət xalq çalğı alətləri orkestrinin rəhbəri fakültəsini bitirdikdən sonra Umudlu kən-di əsir düşməmişdən əvvəl folklor evində bədii rəhbər işləyib. Hazırda isə Şıxarx qəsəbəsindəki musiqi məktəbində fəaliyyət göstərən “Umudlu” Folklor Evinin müdiri işləyir. O, folklor evinin fəaliyyətini günün tələbləri səviyyəsinə çatdırmaq məqsədilə orta təhsil müəssisələrindəistedadlı uşaqları bura cəlb edir. Haqqında danışdığımız ye-niyetmələr də “Haxışda” rəqs qrupuna seçilən uşaqlardandır. Onlar Yasən və Əkrəm Qəhrəmanov qardaşlarıdır. Hər ikisi rəqs qrupunun bir tapıntısı hesab olunur. Könül müəllim bu uşaqlar haqqında çox həvəslə söz açdı. O dedi:
    –Yasən və Əkrəm qardaşları sentyabrın 25-də Ağdam rayonunun muğam mərkəzində keçirilən rayonlararası folklor nümu-nələri müsabiqəsində iştirak ediblər. Doğrudur, yer az verildiyi üçün müvafiq pillənin sahibi ola bilmədilər. Amma onların hər ikisi haqqında təşkilatçılar tərəfindən xoş fikirlər söylənildi. Onlar qrupumuzun fəal üzvlərindəndirlər.
    …Redaksiyada balaca Əkrəmin ifasında sazın telləri dilə gəldi, “Baş sarıtel”, “Dübeyti” havaları, Yasənin oxuduğu xalq mahnıları ruhumuzu oxşa-dı. İfalarından sonra onla-rın hər ikisi ilə söhbət etdim. Öyrəndim ki, valideynləri Laçın rayonundan məcburi köçkün düşərək Hüsənli kəndinə pənah gə-tiriblər. Əkrəmin saza olan marağını görüb atası kənd sakini İxtiyar Qasımovdan xahiş edir ki, onu öyrətsin. Əkrəm də bir müddət onun yanında öyrənməyə başlayır. Ailələri Şıxarxda salınmış yeni qəsəbədə evlə təmin olunduqdan sonra orada yaşamağa başlayıblar. Hazırda Əkrəm Çaylı kənd orta məktə-binin 5-ci, qardaşı Yasən isə 7-ci sinfində oxuyurlar. Hər ikisi əlaçıdırlar. Yasən də, Əkrəm də qəsəbədəki musiqi məktəbinin 3-cü sin-fində təhsil alırlar. Yasən muğam, Əkrəm isə tar şö-bələrində oxuyurlar. Hər iki qardaş milli musiqimizin sirlərini öyrənməyə çalışırlar.
    Yasən dedi: Bir sıra muğam, xalq və bəstəkar mahnıları öyrənmişəm. Çalışı-ram ki, hər birini daha mükəmməl ifa edəm. “Şahnaz”, “Bayatıkürd”, “Mirzə Hüseyn segahı” muğamlarımızı, “Qarabağ şikəstəsi” və digər mahnılarımızı öyrənmişəm.
    Əkrəm:
    –“Baş sarıtel”, “Dübey-ti”, “Dilqəmi”, “Kərəm gözəlləməsi” mənim ən çox sevdiyim aşıq havalarıdır. Xeyli sayda aşıq mahnıları öyrənmişəm. Sazı heç zaman unutmayacam. Saz mənim üçün hər şeydi.
    Bu qardaşların ifalarını dinlədikdən və arzularını eşitdikdən sonra bizim musiqi mədəniyyətimizin ölməz, həmişəyaşar olduğuna bir daha inandım. Belə is-tedadlı uşaqlarımız hər bir bölgədə var və onların sayı yüzlərlədir. Lakin bu istedadlıların üzə çıxarılması üçün səy göstərmək lazımdır. Axı, musiqi mədəniyyətimizi onlar yaşadıb davam etdirəcəklər.
    Yasən və Əkrəm Qəhrəmanov qardaşlarının bir ta-pıntı olduqlarını nəzərə alaraq “Umudlu” Folklor Evinin müdiri Könül Niftaliyevaya öz təşəkkürümü bildirdim. Bu xeyirxah işin davamlı olmasını arzuladım!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.