29Mar
(Hekayə)
Biz üç yoldaş–Rüstəm, Tahir və mən Tahirin maşınında tanışlardan birinin bağ evindən qayıdırdıq. Qəsəbənin çıxışındakı “Market”in qarşısında Tahir maşını saxlayır, bizə bir söz demədən mağazaya girir, bir qədər keçmiş dörd dolu salafan torba ilə çıxır.
Nədi aldığın, nəyinə lazımdır?
–Rüstəm soruşur.
–Bir azdan bilərsiniz–deyir.
Qəsəbə ilə şəhəri birləşdirən şosse yolu yenilənib. Yolun hər iki yanı ilə salınmış yaşıl meşə zolağı və ot örtüyü adamın ruhuna sığal çəkir. Bu quru-boz və mazutlu çöllərdə belə gözəlliyi yaradanlara eşq olsun!
Maşınımız düz, asfalt yolla şütüyür. Bir qədər getdikdən sonra yoldan sağa buruluruq. Burada da eyni gözəllik, eyni səliqə-səhman var. Daha ətraflı »
29Mar
Alkoqol insanın həyat müddətini 10-12 il azaldır. Demoqrafiyaya (təbii doğum, əhalinin artımı və inkişafı) mənfi təsir göstərən amillərin 90%-i alkoqol ilə əlaqələndirilir. Bəzi mütəxəssislərin fikrincə bu göstərici hətta 98-99%-ə çatır.
* * *
Alkoqolun bəşəriyyətə vurduğu ziyan aclıq, taun və mü-haribələrin vurduğu ümumi ziyandan daha böyükdür.
* * *
Mütəxəssislərin hesablamalarına görə dünyada filtirli siqaret çəkənlərin 47%-ni kişilər, 53%-ni qadınlar təşkil edir. Daha ətraflı »
29Mar
Azərbaycanda mövcud olan ümumtəhsil məktəbləri 4505 sayda:
Onlarda təhsil alan şagirdlərin sayı isə 1 milyon 289 min nəfərdir.
* * *
1893-cü ildə Paris şəhərində (Fransa) ilk sürücülük vəsiqəsi verilmişdir.
1895-ci ildə Sankt–Peterburq şəhərinə (Rusiya) ilk dəfə avtomobil gətirilmişdir.
* * *
İşıqfor yol sistemində, qovşaqlarda, piyada keçidlərində və hərəkətin idarə edilməsi lazım olan digər yerlərdə olan tənzimləmə vasitəsidir. 5 avqust tarixi dünyada Beynəlxalq işıqfor günü hesab edilir. Daha ətraflı »
29Mar
Asiya qitəsində yerləşən ölkələrin bəzilərində keçilərdən yük heyvanı kimi istifadə edilir. Belə ki, yaşlı təkələr az miqdarda olan yükləri daşımaqla yanaşı, arabaya da qoşulur.
Hindistan və Nepal sərhəddində yerləşən dağlıq ərazilərdə yaşayan əhali Ağ Himalay keçiləri və dağ keçilərindən taxıl daşınmasında istifadə edirlər. Bu keçilər yəhər bağlanmadan bellərinə qoyulmuş 5 kq-lıq taxıl çuvallarını çox asanlıqla daşıyırlar.
Hindistanın Pəncab əyalətində geniş yayılmış Çenqdu keçilərindən isə duz daşınmasında istifadə olunur.
Deməli, keçilər keyfiyyətli süd və pendir verməklə yanaşı, yük daşımaqla da sahiblərinə xeyir verirlər.
19Mar
…Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün lazımi addımlar atılacaq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
19Mar

Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi, sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Ədalət Əliyev, Ədibə Mustafayeva, İqbal İmanov, Zülfü Əliyev müxtəlif məsələlər barədə müraciət etdilər. Daha ətraflı »
19Mar
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, onların xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »
19Mar
CANLI MÜZAKİRƏ
Rayonun Tarix-Diyarşünas-lıq muzeyində Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə tarix müəllimlərinin iştirak etdiyi “Dəyirmi masa” keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açdı.
Sonra Tərtər rayonu haqqında rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və şuranın üzvü Rauf Həsənzadə geniş məlumat verdilər.
Tədbir diskusya şəklində keçirildi. Yığıncaqda Ümumtəhsil məktəblərinin tarix müəllimləri ayrı-ayrılıqda öz fikirlərini bil-dirdilər. Tərtərin tarixindən ətraflı söz açdılar.
“Yeni Tərtər”
19Mar

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayonunda bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Daha ətraflı »
19Mar
Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi-müəllimlər, idmançılar, futbol, valeybol, şahmat yarışlarının qalib komandalarının üzvləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tərtər rayonunda da idman sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ötən il idmançılarımız beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfər məşqçi-müəllim Əməkdar məşqçi adına, bir nəfər gənc boksçumuz isə idman ustası adına layiq görülüb. Hazırda rayonumuzda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisi aparılır. Daha ətraflı »
Yeni ismarıclar