Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Dek

    BOKSÇU QIZ

    Eşidəndə heyrətləndim. Zərif, bu balaca qız necə döyüşə bilər, özü də oğlanlarla. Onun valideynləri bu qızcığazın əzil-məsindən, zədələnməsindən ehtiyat etmirlərmi?–deyə tərəddüd etdim. Məşqçi Faiq Məmmədov Aysu haqqında danışdıqca onu görməyə, tanımağa marağım daha da artdı. Bu döyüşkən qızı boksçu Aysunu redaksiyaya dəvət etdim.
    Sabahı Aysu İsmayılova dediyi vaxtda redaksiyanın qonağı oldu. Qaraqaş, qaragöz, saçları oğlansayağı vurulmuş bu qızın yerişində, oturuşunda, duruşunda onu yaşından böyük oğlanların görkəminə oxşatdım. Bu boksçu qızı təsəvvür etdiyim kimi gördüm. Artıq heyrətlənmədim. Əsl idmançılara xas olan bir görkəmi vardır…
    Aysu İsmayılova Səhlabad kənd tam orta məktəbinin şagirdidir. Səkkizinci sinifdə oxuyur. Sadə bir ailənin 2 qız övladından biridir. Özündən böyük bacısı var. Onuncu si-nifdə oxuyur. Söhbətə başlayırıq. Suallarımın əsası bu balaca qızın nə üçün boksçu olmasına səmtlənib.
    –Aysu, neçə yaşından boksla məşğulsan?
    Böyüklərə məxsus formada qaşlarını düyünləyib dilləndi:
    –Hələ kiçik yaşlarımda atamla, əmimlə, dayımla bokslaşmağı xoşlayırdım. Atam da bu həvəsimi görüb məni Faiq müəllimin yanına apardı ki, öyrənim. Amma, ikinci sinifdə oxuyarkən yarışlara qatıldım və oğlanla döyüşdüm.Əməkdar məşqçi Faiq Məm-mədov da onun haqqında mə-lumat verərkən bildirmişdi ki, Aysu ilk dəfə İmişli rayonunda keçirilən rayonlararası yarışda oğlanla döyüşərək, birinci ye-rin sahibi olmuşdur. Sonralar məktəblilərin respublika birinciliyində və rayon turnirlərində dəfələrlə iştirak edərək, qalib gəlib. Hər bir döyüşdə qazandığı uğura görə mükafatlandırılıb. Hazırda 7 medalın, 1 kubokun sahibidir. Dəfələrlə fəxri fərman və qiymətli hə-diyyələrlə təltif olunub. Hətta, rayon rəhbəri Müstəqim Məmmədov onun uğurlarını fəxri fərman, diplom və hədiyyə ilə qiymətləndirib.
    Aysunun bir-birindən gö-zəl arzuları var. Axı, adətən o yaşda olan qızlar ya həkim, ya da müəllim olmaq arzusu ilə yaşayırlar. Aysu isə əksinə, nə həkim, nə də müəllim olmaq arzusundadır. O, idman sahəsində püxtələşmək, şöhrətli, tanınmış idmançı olmaq arzusu ilə yaşayır. Hazırda isə müəllimi Faiq Məmmədovla “Açıq Bakı” birinciliyi yarışlarında iştirak etmək üçün məşqlər edir. Məqsədi bu yarışda da birincilik əldə etməkdir. Müəllimi isə inanır ki, Aysu yenə qalib gələrək, birincilik qazanacaq. Özü isə əsl idmançı kimi məğlubiyyəti sevmədiyini söyləyir.
    Biz də bu zərif, lakin zəif olmayan boksçu qızımıza uğurlar arzulayırıq!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.