Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Dek

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə birlikdə “Marağa-150” abidəsində olublar. Rayon rəhbəri məlumat verib ki, ermənilər bu abidəni 1978-ci ildə İran Marağasından Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə özləri tikiblər.
    Qarabağ hadisələrində bu abidənin onları ifşa etdiklərini görüb dağıdıblar. Hal-hazırda ərazidə abidənin qalıqları respublika prezidenti möhtərəm cənab İlham Əliyevin göstərişi ilə qorunur ətrafında abadlıq işləri aparılıb, abidənin əvvəlki görkəminin şəkilləri və məlumatları sərgilənib.
    Rayon rəhbəri Təhsil nazirinin müavini ilə həmin ərazidə Aprel döyüşləri şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər birinin adına bir ağac əkilmiş əra-zidə olub, xatirə lövhələrinə baxıblar.
    Sonra onlar “N” saylı hərbi hissənin müşahidə postuna baş çəkərək düşmən tərəfi müşahidə edib, zabit və əsgərlərlə görüşərək, onlara yaradılan şəraitlə tanış olublar.

    Müəllif: Redaktor, 10:43

İsmarıclar bağlıdır.