8 sentyabr 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov da iştirak ediblər.
Kənd sakinləri 2021-ci ildə respublika prezidenti cənab İlham Əliyevin 31 may 2021-ci il tarixli sərəncamı ilə yeni qazılacaq subartezian quyusunun yerinin dəyişdirilməsi, məktəbə gedən yolun təmiri, Yuxarı Sarıcalı kəndində ibtidai məktəbin açılması, kəndə stasionar telefon və internet xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.
Rayon rəhbəri sakinlərə bildirib ki, 31 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqıda” sərəncam imzalayıb. Daha ətraflı »


Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə görüş keçirilib.
Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarıcalı kəndində səyyar qəbulgörüşü keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Sarıcalı kəndində şəhid Mehdi Məmmədovun anası ilə görüşüb, onun problemləri və qayğılari ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Əskipara kənd sakini Əzizov Ayşad Qaryağdı oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Yeni dərs ilində məktəbimiz üçün tikilən yeni binanın istifadəyə verilməsi nəzərdə tutulub.
Zabuxdan olan Əlövsət Əliyevin ailəsindəyik. Laçından didərgin düşəndən sonra onlar çox ünvan dəyişiblər. Əvvəl Cəbrayılda, sonra Bakıda, rayonumuzun Çaylı kəndində məskunlaşıblar. Nəhayət, yaşamaq üçün Evoğlu kəndini seçiblər. Bu kənddə xoş münasibət görüblər, dolanışıqları da pis olmayıb. Ancaq uzun illər ərzində heç vaxt buranı daimi yaşayış yeri hesab etməyiblər. Fikirləri, arzuları daim qoyub gəldikləri yerlərdə olub.
Yeni ismarıclar