Baharın yurdumuza qədəm qoyduğu günlərdə rayonumuzun Dəmirçilər kəndindən olan Vətən müharibəsi şəhidi Şamil İsmayıllının bacısının toy məclisi keçirilib. Məclisdə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
Bildirilib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin, qazilərin canı, qanı hesabına əldə olunan Qələbənin sayəsində bu gün ölkəmizdə sülh və əmin-amanlıq bərqərar olub. Elimizdə–obamızda toy şənlikləri qurulur. Qədirbilən xalqımız bu yolda canını, sağlamlığını qurban verən igidlərimizi heç zaman unutmayacaq. Şamil kimi oğulların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
Bakı şəhərində keçirilən toy məclisində şəhid Anar Hüseynovun ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı quran bəy və gəlinin valideynlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və cansağlığı arzu edib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.” Daha ətraflı »



Yurdumuza Bahar gəlir! Vətənimizin hər yerində yazın gəlişi Günəşin bərq vuran işığında, qəlblərə hərarət gətirən ilıq, isti nəvazişində bir daha duyulmaqdadır. Sanki təbiət də bu gün şıltaqlığına, ərköyünlüyünə son qoymuşdur. Ağacdan-ağaca qonaraq oxuyan quşların nəğməsi, ağ örpəyə bürünən meyvə ağacları və bu çiçəklərin üstündə həvəslə vızıldaşan bal arıları insanın ruhuna bir yenilik, bir sevinc gətirir.
Xoruzli kənd tam orta məktəbində məktəbin məzunu, hal-hazırda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 17 yaşlı gənc yazar Əfqan Məmmədovun “Fiqan” adlı kitabının təqdimatı keçirilib.
Hər bir dövrün özünün həllini tələb edən problemləri var. XXI əsrdə qlobal iqlim dəyişikliyi ilə əlaqədar insanları düşündürən və çox ciddi narahat edən məsələlərdən ən başlıcası bəşəriyyəti gözləyə biləcək su qıtlığıdır. Bununla bağlı alimlərimiz həyəcan təbili çalır.
Prezident İlham Əliyev cari ilin 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxış edib. Dövlət başçısı qeyd edib ki, Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib.
Qarabağ savaşında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə tərtərlilərin qəhrəmanlıq salnaməsi yazdığını, əsl vətənpərvərlik nümunəsi göstərdiyini sübut etməyə ehtiyac yoxdur. Qarabağ uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ savaşında düşmənə bur qarış da torpaq verməyən, 44 günlük Zəfərdə sanballı payı olan, Ermənistan quldurları tərəfindən hər gün başına raket, artilleriya mərmiləri yağdırılan, amma qəddini bükməyən, düşmən qarşısından bir addım da geri çəkilməyən Tərtər əyilməz qüruru, yenilməz döyüş əzmi, düşmənə vurduğu sarsıdıcı zərbələri ilə yeni tariximizə şərəfli səhifələr yazdı.
Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə –Heydər Əlyev zirvəsi ucalır. Xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyəti dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə yaşadığımız bu firavan günlərin, aydın səhərlərin, zəfərə və qələbəyə gedən yolun, əbədi və dönməz müstəqilliyin təməlini qoyub.

Rayonumuzdakı Heydər Əliyev Mərkəzi tərtərlilərin ən çox sevdiyi məkanlardan biridir. Burada hər bir eksponat, hər bir əşya unudulmaz, əbədiyaşar liderimizin həyatının ayrı-ayrı məqamlarını xatırla-dır. Bu eksponatlar sanki dil açıb bizimlə danışır. Mərkəzin işçiləri tərəfindən ziyarətçilərə verilən məlumatlar onları Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış edir.
Çıxışlarının birində Ulu Öndər Heydər Əliyev deyib: “İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız…”
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqrımı ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, TƏBİB-in, Tərtər Rayon İcra Hakimiyyətinin, “Servier” dərman şirkətinin dəstəyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Ağdam rayonlarından olan şəhid ailələrinə və qazilərə Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən kardioloji, endokrinoloji və nevroloji xidmətlər göstərilib.
Yeni ismarıclar