Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib.
Dövlət başçısı bildirib ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur.
Qeyd olunub ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq. Daha ətraflı »


30 aprel 2023-cü il tarixdə axşam saatlarında rayon ərazisinə yağan aramsız yağış Dəmirçilər, Ağkənd, Həsənqaya və Çaylı kəndlərinə sel gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar həmin ərazilərə sellə birlikdə partlamamış hərbi sursat və şübhəli əşiyaların gəlmə ehtimalını nəzərə alaraq bu halda vətəndaşlardan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və DİN-in “102” xidməti-zəng mərkəzi zəng etmələrini xahiş edirik.
Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov birlikdə “Rəşadət” ordenli, Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin rayonun Kəngərli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə konkret, məqsədyönlü, uğurlu siyasət aparmış və Azərbaycan vətəndaşları bunun müqabilində firavan həyat sürməkdədirlər. Hələ Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərərkən Azərbaycan xalqına xidmət etmək Heydər Əliyevin amalı, onun ən ümdə vəzifələrindən biri olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Təhsil sektorunun, Gənclər və İdman İdarəsinin və Tərtər Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N. saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya Kompleksində kütləvi idman tədbirləri keçirilib.
Hər bir ana övlad böyüdür, bəhrəsini görmək üçün. Vətən də anadır. Biz şəhid analarının övladları ana Vətən yolunda canlarını fəda etdilər. İndi onların yeri evimizdə deyil, milyonların ürəyindədir. Biz bunu göstərilən qaygıdan, münasibətdən hiss edirik.
Yeni ismarıclar