Bu gün hər bir Qərbi azərbaycanlının ürəyi sevinc hissi ilə çırpınır. Buna səbəb Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici və daxili siyasətdir. Onlar əmindirlər ki, ən böyük dərdimiz olan Qarabağ məsələsini həll edən dövlətimizin başçısı Qərbi azərbaycanlıların da hüquqlarının dünya miqyasında tanınmasına nail olacaq. Gün gələcək, vaxtilə öz qədim yurdlarından didərgin düşən, zorla çıxarılan insanlar, onların övladları, nəvələri həmin yerlərə qayıdacaqlar. Redaksiyamızın qonağı –rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovun ailəsi də vaxtilə Qərbi Azərbaycanda yaşayıb. İndi onlar Tərtərin İrəvanlı kəndində məskunlaşıblar. Faiq müəllimlə söhbətimiz də elə bu barədədir. O, nənələrindən, babalarından eşitdikləri xatirələri bizimlə bölüşüb.
QÜDRƏT NƏNƏNİN FACİƏSİ
Faiq müəllimin dediklərindən: “Qüdrət Şirinova mənim ana nənəm olub. Onun ailəsi Dərələyəz mahalının Ağkənd kəndində yaşayırdı. Ailədə ata-ana və 7 uşaq olublar. 1918-ci il qırğınında kənddən qaçıblar. Uşaqlıqdan daim ailəmizdə bu barədə söhbət düşəndə, qadınların ağladığını görürdüm. Qüdrət nənəmin adı çəkiləndə məni də qəhər böğur”.
…Həmin gün bu insanların gözləri ətrafdakı gözəlliyi görmürdü. Evlərindən də heç nəyi götürə bilməmişdilər. Yalnız uşaqların əllərindən tutaraq var güclərilə qaçırdılar. Hələ qırxı çıxmamış körpəni ana 12 yaşlı qızı Qüdrətin belinə bağlamışdı. Namərdlərin gülləsi isə heç kimə aman vermirdi. Qaçanların sırası getdikcə seyrəlirdi. Güllənin biri Qüdrətin anasına dəydi. Qadının bədəni boşaldı, əllərindən tutduqları uşaqlar qorxudan qaçdılar, o isə var gücünü toplayaraq üzünü qızının kürəyində ağlayan körpəsinə doğru çevirdi. Qüdrət onun bu son istəyini anladı, uşağı kürəyindən açıb, anasının soyuyan sinəsi üzərinə qoydu. Uşaq elə oradaca səsini kəsdi. Ölümün hələ nə olduğunu anlamayan bu yeniyetmə qız isə insan axınına qoşularaq yoluna davam etdi. O, qaçdı, ancaq ömrünün sonuna qədər bu səhnədən qaça bilmədi – qanına boyanmış ana və onun sinəsində sakitcə uyuyan balaca bir uşaq…
Faiq müəllim deyir ki, Qüdrət nənəmgil evdən 9 nəfər çıxmışdılar, mənzil başına, yəni Azərbaycana onlardan yalnız üçü gəlib çıxa bilib. Bir qardaş, iki bacı. Bu qardaş sonralar 12 ailə ilə birlikdə İrəvanlı kəndinin təməlini qoyan, yumşaqlığına, alicənablığına görə camaatın “İpək Abbas” deyə çağırdığı Abbas Soltanov olub. Digər bacının adı isə Zeynəb imiş. Ata-analarını, bütün əzizlərini itirmiş bu uşaqlar bir müddət Ağdamın Novruzlu kəndində yaşayıblar. Daha ətraflı »


2022-ci ildə 193,4 hektar sahədə şəkər çuğunduru səpini həyata keçirən rayonumuzun torpaq mülkiyyətçiləri ilkin çəkidə 4152,4 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 214,7 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Bu elmi idarənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatının yüksəl-dilməsi və yeni dənli bitkilərin növlərinin artırılmasından ibarət olmuşdur. Ən öncə alınan “Arandəni“ bərk buğda sortunun məhsuldarlığı 30-35 sentner idi. Sonra “Şirvandəniz” arpa sortu(məhsuldarlığı 35-40 sentnerdir), “Naxçıvandə-ni” arpa (məhsuldarlıq 35-40 sentner), 1944-cü ildə “Şərq” bərk buğda sortu (məhsuldarlıq 35-40 sentner) olmuşdur. Beləliklə, stansiyada daha yüksək məhsuldar sortların alınması üçün qızğın işlər, elmi axtarışlar aparılırdı.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
YAP Tərtər rayon təşkilatında Tərtər rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının Tədbirlər Planına əsasən 2 fevral –Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxananın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtər İlk Peşə İxtisas məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, ictimaiyyət nümayəndələri ilə birlikdə Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Yeni ismarıclar