Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Okt

    Bu, arzu deyil, real həyatdır

    Beş il bundan əvvəl, 2018-ci il 15 iyun tarixli “Yeni Tərtər” qəzetində “Doğma yerlərin nisgili göynədir didərginləri” rubrikalı, “ Uzanıb gedən yollar bizi arzularımıza çatdıracaq” başlıqlı yazımda yurd yerlərinə gedən yollarımızın düşmən əlində əsir olmasından söz açmışdım. Məkrli ermənilərin ərazilərimizin bir hissəsini zəbt etdiyindən 30 ildən artıq bir vaxtda şəhər və kəndlərimizlə bərabər yollarımız da əsir düşmüşdür. Bizi dağlarımıza, saf sulu bulaqlarımızın üstünə aparan yolları kol-kos basmış və ya düşmənin basdırdığı minalardan keçilməz olmuşdu. Laçından, Ağdamdan, Ağdərədən, Kəlbəcərdən qaçqın düşmüş insanlar bu yollarla Vətənə getməyin həsrətindəydilər. Həmin yazımda böyük ümidlərlə, inamla söyləmişdim ki, “…Bu yollar onları öz ev-eşiklərinə çatdıra bilər, bu yollar onları yağı əlində qoyub gəldikləri bulaqların üstünə apara bilər. İnanırlar ki, yaxın gələcəkdə uzanıb gedən bu yollar onları gecə-gündüz xəyallarındakı obalara-ellərə, həsrətini çəkdikləri bulaqlar üstünə aparacaq. Arzuların xəyal deyil, gerçək olması ümidi ilə məkana çatacaqlar”– demişdim.
    Bu gün isə hər kəs sevinir, ürəyində doğma yerlərlə görüş qığılcımları işarır. 44 günlük Vətən müharibəsində Ordumuzun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində əsir torpaqlarımız geri qayıtdı. Düşməndən alınmış torpaqlarımız şəhidlərimizin qanına boyandı, ruhları o yerlərin göylərinə ucaldı. Yüzlərlə oğullarımız sağlamlığını itirdi o yerlərdə. Lakin tamahkir ermənilər doğma yerlərimizdən çıxmaq istəməyib, torpaqlarımızı mənimsəyərək, daimi yaşamaq xülyasında davam etdilər. Bu xülyalar mənfur düşmənə baha başa gəldi. Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz Ordumuzun gücü ilə aparılan lokal antiterror əməliyyatları erməni separatizminə birdəfəlik son qoydu. Keçilməz yollarımız açıldı. Şəhər və kəndlərimizdə təmizlik və abadlıq işlərinə start verildi. Arzularımız xəyal deyil, gerçək oldu. İndi hər kəs o yerlərə böyük sevgi ilə dönməyə tələsir. Həsrətli yollar həsrətli insanların bələdçisinə çevrilərək, düşmən tərəfindən tanınmaz hala düşmüş, uçulub, dağıdılmış, kol-kos bürümüş yurd yerlərinə aparır. İnanırıq ki, bu yollar dövlətimizin qayğısı və insanlarımızın polad iradəsi ilə bərkiyəcək, uzanacaq və insanları öz məkanlarına əbədilik çatdıracaq, heç zaman unudulmayan doğmalarının qəbirlərini ziyarətə aparacaq. Bunlar tək arzu deyil, real həyatdır. Laçına, Kəlbəcərə olduğu kimi Ağdərəyə, Xankəndiyə, Xocalıya, Xocavəndə və ətraf kəndlərinə gediş-gəliş başlayacaq. Fəxrlə deyə bilərik ki, uzanıb gedən yollar bizi arzularımıza çatdırır.

    Elfuzə VƏLİYEVA

     

    Müəllif: Redaktor, 09:07

İsmarıclar bağlıdır.