Tərtərlilər “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev – muzeyinə ekskursiya etdilər
27 sentyabr-Anım Günündə tərtərlilər şəhərin Elman Səfərov küçəsində yerləşən və açıq havada fəaliyyət göstərən ev- muzeyinə ekskursiya etmişlər. Sahib Hüseynova məxsus olan bu ev 44 günlük Vətən müharibəsində ermənilərin atdıqları “Smerc” raketi nəticəsində dağıdılmışdı.
Ekskursiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alı-yev, hüquq-mühafizə orqanla-rının rəhbərləri, YAP rayon təş-kilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müha-ribə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanıcanı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Rayon rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsində, dövlət rəsmilərinin dediyi ki-mi, “Tərtər Ermənistan nasiz-minə qarşı Azərbaycanın Stalinqradı olub”.
44 gün ərzində Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşmüş, 21 qadağan olunmuş raket atılmışdır. Həmin qadağan olunmuş raketlərdən biri – “Smerç” raketi ermənilərin mülkü insanlara qarşı törətdiyi terrorun nümunəsi kimi bu gün açıq havada muzey kimi fəaliyyət göstərən Sahib İsmayılovun evinə düşmüş, ev tamamilə dağılmışdır. Bax, budur erməni vəhşiliyinin nümunəsi, dinc sakinlərə qarşı törədilən terror aktı.
Qeyd olunub ki, 44 gün ərzində rayonun infrastrukturuna güclü ziyan dəymiş, 12 körpələr evi-uşaq bağçası, 16 ümumtəhsil, 10 tibb, 7 mədəniyyət müəssisəsi, məscid və inzibati binalar, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evləri dağılmış, yaxud bu və digər formada zərər çəkmişdir.
Tərtər 44 günlük Vətən müharibəsində 46 hərbi, 16 mülkü şəhid verib.
Respublika Prezidentinin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Bildirilib ki, Vətən mühari-bəsindən 3 il keçməsinə baxmayaraq erməni separatçıları öz çirkin əməllərinə son qoymurdular. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda sentyabrın 19-da aparılan lokal antiterror əməliyyatları erməni separatizminin kökünü birdəfəlik kəsməyə yönəldi və uğurlu oldu, ilahi ədalətin təntənəsinə çevrildi.
Ölkə rəhbərinin sentyabrın 20-də Azərbaycan xalqına tari-xi müraciəti oldu. Ali Baş Ko-mandan dedi: “Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim su-veren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazi-mizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu “dəmir yumruq” hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. “
Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Məğlub olan düşmən yenə də təxribatlardan əl çəkmirdi. 19 sentyabr 2023-cü il tarixdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan lokal antiterror əməliyyatları erməni separatizminə birdəfəlik son qoydu.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Vətən Müharibəsi qazisi Sadiq Abbaslı çıxış edərək öz ürək sözlərini bölüşüblər. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yeni yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə baxış keçiriblər.
Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar!