Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    30 sentyabr 2020-ci il tarixdə daha bir həmyerlimiz şəhidlik zirvəsinə ucaldı. Babazadə Mirşəmsi Elşad oğlunun Vətən uğrunda şəhid olmasının ikinci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
    Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
    Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    “Şəhid qanı axmayan yerdən Vətən olmaz”- deyiblər. Allah torpağı qanları ilə Vətənə çevirən oğullara rəhmət etsin!

  • 10Okt

    Şəhidlər üçün şərhlər bağlıdır

    Tarix yazan şəhidlərdən biri də Tərtərin igid oğlu Məmmədov Elman Bəhmən oğludur.
    Oktyabrın 3-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Borsunlu kəndindən olan 1991-ci il təvəllüdlü şəhid Elman Məmmədovun şəhadətinin ikinci ildönümü ilə bağlı onun ailəsində olub. Tərtər Cümə Məscidinin imamı tərəfindən şəhidlərin ruhuna dua oxunub, xatirələri yad olunub.
    Elman Məmmədov torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli istiqamətində vuruşub və 2020-ci il oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

  • 10Okt
    Digər Cəbrayıllılar 4 oktyabr tarixini qürurla qeyd etdilər üçün şərhlər bağlıdır

    İşğaldan azad edilmiş Vətən torpaqlarına həyat yenidən qayıdır

    Cəmi 2 il əvvəl biz torpaqlarımızın işğal tarixlərini qeyd edirdik. Ürək ağrısı və eyni zamanda bir ümid hissi ilə ki, bu işğala mütləq son qoyulacaq. Nəhayət, Ali Baş Komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordu-su ümidlərimizi gerçəkliyə çevirdi, xalqın 30 illik həsrətinə son qoydu.
    Cəbrayıl sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib:“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi”.
    Dövlətimizin başçısı həmçinin bildirib ki, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər.
    Erməni vandalları Cəbrayıl şəhərində daşı-daş üstündə qoymamışdılar. Cəmi iki bina salamat qalmışdı ki, orada da onların hərbi hissəsi yerləşirdi. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Rayonumuzun 5 məktəbində Türk Kızılay Cəmiyyəti tərəfindən quraşdırılan uşaq meydançası istifadəyə verilib üçün şərhlər bağlıdır

    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Kon-sulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər. Səfərin məqsədi rayonun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində Türk Kızılay Cəmiyyəti tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışında iştirak etmək olub. Tədbirə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, KİV nümayəndələri, şəhid və qazi ailələri, Evoğlu kənd tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri qatılıblar.
    Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra rayonun Evoğlu kənd tam orta məktəbində inşa edilmiş oyun meydançasının açılışı olub. Tədbirdə çıxış edən Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türkiyə-Azərbaycan dostluğundan danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.
    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbayca-nın Ümummilli Lideri Heydər Əliyevin “İki dövlət, tək millət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın qədəri qədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib. Daha ətraflı »

  • 10Okt
    Təhsil Qalib xalqın müəllimi olmaq şərəfdir üçün şərhlər bağlıdır

    Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən təsis olunub. Dövlətimiz öz istedadlarını və zəkalarını gələcək nəsillərin təlim-tərbiyəsinə həsr edən bu insanların zəhmətini yüksək qiymətləndirir.

    Həyatda elə bir insan yoxdur ki, öz müəllimlərini minnətdarlıq hissi ilə xatırlamasın.
    Bu barədə Ümummilli Lider Heydər Əliyev deyib: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrədir”.
    Uzun illər mənfur düşmənlə üz-üzə yaşayan Tərtər rayonunun müəllimlərinin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi. Məhz parta arxasında müəllimlərindən dərs almış 46 şəhidimiz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq nümunəsi göstərdi. Rayon müəllimlərindən 15 nəfəri müharibənin ilk günündən sonadək döyüş meydanında düşmənlə döyüşlərdə iştirak etdi.
    30 illik atəşkəs dövründə atəş səsləri bir gün də kəsilməyən şəraitdə qəhrəman Tərtərin övladları, müəllimlərin sayəsində elmin sirlərinə həvəslə yiyələnərək, ölkəmizdəki və xaricdəki nüfuzlu universitetlərə qəbul olublar. Onlar gərəkli, müasir peşələrə yiyələnərək, müxtəlif sahələrdə xalqımıza layiqincə xidmət edirlər. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Hər bir ailə internetdən istifadə edəcək üçün şərhlər bağlıdır

    Müasir həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. Bu gün hətta məktəbli uşaqlar da dərs hazırlayarkən internetdən istifadə edirlər. Çoxları nəğdsiz alış-verişə keçib.
    Bir sözlə, keyfiyyətli müasir texnologiyalara indi hər bir evdə ehtiyac duyulur.
    Azəronlayn şirkətinin sifarişi ilə Azrabitə Servis MMC cari ilin may ayından başlayaraq, şəhərimizdə köhnə kabellərin yeni fiber optik kabellərlə əvəzləşdirilməsi işini həyata keçirir. Birinci layihə çərçivəsində bu iş Tərtər şəhərində, növbəti mərhələlərdə isə rayonumuzun kəndlərində aparılacaq. Nəticədə internetin səviyyəsi yüksələcək və ən başlıcası isə, müasir texnologiyalar hər bir ailə üçün əlçatan olacaq.
    Hal-hazırda küçələrdə dirəklər basdırılır, fiber optik kabellər çəkilir. Şəhərimizin özündə işlərin 80 faizi başa çatıb.
    İş icraçısı İlham Hüseynov redaksiyamızda olarkən bildirdi ki, Tərtər şəhərinin müasir internet kabelləri ilə təmin edilməsi məqsədilə görülən tədbirlərin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
    Növbəti layihənin icrasına isə ilk olaraq Yuxarı Sarıcalı kəndindən başlayacaqlar.

    “Yeni Tərtər”

     

  • 10Okt
    Təhsil Ən böyük müəllim həyatdır üçün şərhlər bağlıdır

    Haqqında sizə söhbət açmaq istədiyim Qasımova Şəhla Camal qızı ömrünün ahıl çağını yaşayan nurani bir qadındır. Çoxları onu Şəhla müəllim kimi tanıyır. Səsi-sorağı uzaqlardan gələn, sayılıb-seçilən vəzifə sahibləri olanlar onun nəzərində hələ də uşaqdırlar. Tez-tez ona baş çəkməyə gələnlər müəllimlərini nə qədər sevdiklərini, yaşın kövrəkliyi artdıqca insanın xatirələrə nə qədər bağlı olduğunu bir daha duyurlar. Biri elə məktəb direktoru işləyən Vəsilə müəllim. “Sinif müəllimimlə hər görüşəndə özümü uşaq kimi hiss edirəm”, – deyir.
    Şəhla müəllim təkcə dərs dediyi uşaqlarçün sevimli sinif müəllimi deyil, övladları üçün ana, qohumları üçün xala, bibi, qonşular üçünsə hər yerdə sözünün dəyəri olan ağbirçəkdir. O, yüzdən çox yaşı olan şəhər 1 saylı orta məktəbi bitirib. Sovet dönəmində sənədlərini o zamankı pedaqoji instituta verib. İnstitutun metodika fakültəsini bitirib. 1966-cı ildə əmək fəaliyyətinə şəhər 2 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi başlayıb. Sənətinə məhəbbəti, məsuliyyətliliyi, içtimai işlərdə fəallığı ilə seçilib. İşinə çox həvəslə yanaşan gənc müəllimi çox keçmədən rayon komsomol komitəsinə uçot şöbə müdiri vəzifəsinə irəli çəkiblər. Dəfələrlə yaxşı işinə görə fəxri fərmanlar, təşəkkürnamələr alıb. Daha ətraflı »

  • 10Okt
    Xəbərlər Avtomobil yollarının kənarları iməcilik yolu ilə təmizlənib üçün şərhlər bağlıdır

    Rayonumuzda avtomobil yollarının kənarlarında iməcilik keçirilib. İməcilikdə kommunal təsərrüfat idarəsinin işçiləri ilə birgə kənd sakinləri də iştirak ediblər. Onlar Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarını tullantılardan, alaq otlarından təmizləyib, yolkənarı yaşıllıq zolaqlarını səliqəyə salıblar.
    İməcilik iştirakçıları hər kəsi yaşadıqları ərazini təmiz saxlamağa, yaşıllıq zolaqlarında əkilmiş ağacları qırmamağa, onlara qayğı göstərməyə, ekologiyanı korlamamağa çağıraraq nümunə göstəriblər.
    Qeyd olunub ki, bu cür iməciliklər vaxtaşırı olaraq sakinlərin öz təşəbbüsü ilə keçirilməlidir. Bu zaman bir neçə il ərzində böyümüş ağaclar qurumaz.
    Unutmayaq ki, ətrafımızdakı yaşıllıq və təmizlik udduğumuz havanın təmizliyinə təsir göstərir, həyatımızı sağlam, ömrümüzü uzun edir.

    “Yeni Tərtər”

  • 10Okt
    Digər Bütün işlər görülür ki, azərbaycanlılar əbədi olaraq öz yurd-yuvalarında yaşasınlar üçün şərhlər bağlıdır

    Oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

    Dövlət başçısı forumun açılış mərasimində çıxış edib.

    Prezident İlham Əliyev bildirib ki,  Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. 30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb.

    Qeyd olunub ki, bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.

    Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Daha ətraflı »

  • 07Okt
    Xəbərlər Tərtərdə İcra başçısının sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.

    Aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Müşavirədə  əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqla yanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahının yaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilə təmin edilməsi,  icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərinin aparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsi qaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərinin aparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanı vətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərlə bağlı müzakirələr olub.

    Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə, inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.