Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Düşüncələrim, sevgim, ehtiramım

    Mən özümü xoşbəxt insanlardan hesab edirəm. Ona görə ki, bütün şüurlu həyatım boyu Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz üçün etdiklərinin canlı şahidiyəm. Danılmaz həqiqətdir ki, hər bir xalq güclü Lideri ilə qüdrətli olur. O baxımdan Azərbaycan xalqının qürur keçirməyə haqqı var.
    Yaşadığım illər ərzində həmişə Ulu Öndərimizin xalqın yanında olduğunu, bu dövləti necə qurduğunu, möhkəmləndirdiyini görmüşəm. Bu, onun Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə də belə olub, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da.
    Ümummilli Liderimizin bir cəhəti bizim üçün xüsusilə qiymətlidir: o, yalnız xalqın xoş günlərində deyil, ən agır məqamlarda belə bizim yanımızda olub və sadə insanlar, bütün ölkə vətəndaşları onun simasında öz xilaskarını görüblər, daim ona güvəniblər.
    20 ildir ki, əbədiyaşar Liderimiz fiziki cəhətdən bizimlə deyil. Ancaq bu, yalnız cismani yoxluqdur. Bu gün övladlarımız, gənc nəsil möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında onun ideyalarını dönmədən uğurla həyata keçirirlər. 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə bunun təsdiqi deyilmi?
    İndi nəvələrim sonsuz həvəslə Heydət Əliyevin həyat və fəaliyyətini öyrənir, ona həsr olunmuş müxtəlif tədbirlərdə, yaradıcılıq müsabiqələrində iştirak edirlər. Bunun özü də Ulu Öndərin əbədiyaşarlılığının bariz nümunəsidir.
    Bəli, bu həyatda ölüm də var, ayrılıq da. Ancaq mən inanıram ki, əbədiyaşarlılıq da var. Belə ömür hər kəsə qismət olmur. Yalnız xalqı, milləti üçün böyük, xeyirxah işlər görən insanlar fiziki yoxluqdan çıxaraq əbədi olaraq insanların yaddaşında yaşayır və xatırlanırlar. Ulu Öndər Heydər Əliyev kimi.

    Səttar MURADOV,
    əmək veteranı,
    Zolgəran kəndi

    Müəllif: Redaktor, 13:01

İsmarıclar bağlıdır.