Prezident İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxış edib.
Dövlət başçısı deyib ki, 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı.
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək.
Qeyd olunub ki, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. Daha ətraflı »




Respublikamızda baramaçılıq və ipəkçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə marağın artmasında mühüm rol oynadı. Proqramın uğurlu icrası ölkəmizdə barama istehsalını ildən-ilə artırır. Tərtər də bu inkişafdan geri qalmır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Pokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə birlikdə Vətən müharibəsi şəhidi Surxayzadə Cahangirin rayonun Qaynaq kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 117 şagirdin təhsil aldığı Qaynaq kənd ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Prezident İlham Əliyev cari ilin 28 may tarixində Laçın şəhərində

Tərtər Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının atyorları Ümummilli Lider Heydər Əliyevin 100 İllik yubileyi münasibəti ilə tərtərlilərə “Nurlu ömrün anları” tamaşasını təqdim ediblər.
Kənd təsərrüfatında məsul bir dövrün – dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.
Yeni ismarıclar