90 illik yubileyə doğru
Azərbaycan jurnalistikasının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulub. İnsanların maariflənməsinə xidmət edən bu mətbu orqan o zamankı cəmiyyətdə şüurlara işıq saçan bir vasitəyə çevrilib və, təbii ki, bu, çar Rusiyasının xoşuna gəlmədiyi üçün, qısa müddətdən sonra qəzet bağlanıb. Ancaq elə qısa müddət kifayət etmişdi ki, insanlar mətbu sözünün gücünü və qüdrətini duysunlar. Bundan sonra Azərbaycanın o zamankı işıqlı dühaları Həsən bəy Zərdabinin yolunu davam etdirərək, bir-birinin ardınca müxtəlif qəzet və jurnalların çapına başlamışlar.
SSRİ dövründə Azərbaycan imperiyanın tərkibində olsa da, ölkəmizdə öz işini ürəkdən sevən milli peşəkar jurnalistlər ordusu yaranmışdı. Təbii ki, sözə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev qəzet və jurnalların fəaliyyətini daim dəstəkləyir, jurnalistlərə maddi və mənəvi yardımlar göstərilməsini diqqət mərkəzində saxlayırdı.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda mətbuat üzərində senzuranı həyata keçirən qurum ləğv olundu, qəzet və jurnalların nəşriyyatlara olan borcları bağışlanıldı. Məhz həmin dövrdən Azərbaycanda azad mətbuatın inkişafı başlandı. Onlara göstərilən qayğıya görə mətbuat işçiləri Ulu Öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” adlandırdılar.

Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyətində daim mətbuata geniş yer ayırır, qəzet və jurnalların, onlayn medianın müasir dövrə uyğun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə “Media haqqında” Qanunun qəbul edilməsi də bunun bariz nümunəsidir.
Əlbəttə, XXI əsrdə, informasiya bolluğu şəraitində bəzi mətbu orqanların, o cümlədən rayon qəzetlərinin çıxması indi daha da mürəkkəbləşib. 90 illik tariximizə nəzər yetirdikdə görürük ki, rayon qəzetlərinin fəaliyyətində çətinliklər həmişə olub və yəqin ki, gələcəkdə də olacaq. Bununla belə o da aydındır ki, informasiya nə qədər bol olursa olsun, bu bolluq içində rayon qəzetinin öz rolu, öz yeri var. Yaxşı yadımdadır, tələbəlik illərində universitetdə bizə dərs deyən mərhum professorumuz, Azərbaycan jurnalistikasının korifeylərindən olan Şirməmməd Hüseynov daim bildirirdi ki, bir bölgənin, bir rayonun tarixinin öyrənilməsində rayon qəzetləri əvəzolunmaz qiymətli mənbədir. Qəzetin tarixi həmin rayonun tarixidir. O hesab edirdi ki, rayon qəzetlərinin tarixi öyrənilməlidir. Daha ətraflı »


Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
Talıb Məmmədli (Həsən oğlu) hələ ki, yalnız bir kitabın –“Dünya, məni əyləndirmə, düşündür” kitabının müəllifidir. Onun imzasına tez-tez qəzetimizin səhifələrində də rast gəlmək olar. Uzun illərdir ki, rayon qəzeti ilə sıx əlaqə saxlayır. İlk şeirləri də elə əvvəlcə “Qızıl bayraq”da, sonra “Tərtər”də və nəhayət, “Yeni Tərtər”- də dərc olunub. Talıb Məmmədlinin şeirləri həmçinin “Avrasiya Antologiyasında”, “Azad Qələm”, “Sözün sehri” və Zərdab rayon “Əkinçi” qəzetində çap olunub. Özünün dediyi kimi, poeziyaya bu cür vurğunluğu da onda elə bizim rayon qəzeti yaradıb. Vaxtilə redaksiyanın nəzdində fəaliyyət göstərən “Tərtərin səsi” poeziya klubunun yığıncaqlarında gözəl şairlərimizi dinləyə-dinləyə püxtələşib, şeirə olan həvəsi sonsuz sevgiyə, ömürlük bağlılığa çevrilib. Ürəyinin dərinliyində olan hissləri şeirlə bölüşüb, unudulmaz misralara çevirib.
Bəşəriyyət yaranandan bu günədək su insan həyatının ayrılmaz hissəsi olmuşdur. Təsadüfi deyil ki, suyun insan həyatındakı əhəmiyyəti qədim inanclarda, müqəddəs kitablarda, mədəniyyət və incəsənət əsərlərində yetərincə əksini tapmışdır. Su təbiətdə ən çox yayılmış maddə olsa da, suyun əldə edilməsi və ondan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olaraq qalmaqdadır.
Rayonumuzda vətəndaşların, xüsusən də şəhid ailələri və qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Rayon rəhbərinin keçiridyi qəbullar zamanı irəli sürülən rəy və təkliflər, müraciətlər xüsusi nəzarətə götürülür və bunların əsasında təxirəsalınmaz tədbirlər görülür.
Bu isti yay günlərində şagird və müəllimlər istirahət edir, növbəti dərs ili üçün qüvvə toplayırlar. Məktəblərdə isə yeni dərs ilinə hazırlıq işlərinə start verilib.
Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, ilin ilk altı ayı səmərəli keçib. Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsinə hörmət əlaməti olaraq abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.
Yeni ismarıclar