Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Sen

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Tərtər Rayon İcra Hakimiyyəti və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Tərtərdə yaşayan şəhid ailələrinin Şuşaya səfəri reallaşdırılıb.
    Şəhid ailələrinin yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib. Rayon rəhbəri 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı zəfər tarixini yazan oğullarından, onların canları-qanları bahasına xalqımıza yaşatdıqları qələbə sevincindən, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, respublika Prezidentinin şəhid ailələri və qazilərin problemlərinin həllinin bütün qurumların, eləcə də cəmiyyətimizin borcu olduğunu bildirib. Qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə göstərdikləri nümunə hər kəsə örnəkdir.
    İcra başçısı Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızların xatirələrinin həmişə xalqımızın qəlbində yaşayacağını, şəhid valideynlərinin vətənə layiqli övladlar böyütdükləri üçün xalqımızın “baş tacı” olduqlarını qeyd edib, şəhid analarının qarşısında baş əydiyini bildirib.
    Səfərdə 76 şəhid ailəsi iştirak edib ki, onların arasında Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynləri də olub.
    Səfər çərçivəsində onlar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar.
    Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Bülbülün, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.
    Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.
    Səfərdə iştirak edən şəhid valideynləri övladlarının işğaldan azad etdiyi Vətən torpağına səfərlərinin onlara bir təskinlik olduğunu qeyd edib, göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 12:22

İsmarıclar bağlıdır.