İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Milli Məclisin deputatı Sabir Hacıyev iştirak ediblər.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Sonra 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vurğuladı ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqə-mizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Düşmənin təxribatlarına baxmayaraq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Daha ətraflı »
Yeni ismarıclar