Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Noy

    Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir. Bu xəbər ağdərəlilər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Mövzunun aktuallığını nəzərə alaraq, Ağdərə rayonunun tarixinə aid Türkan İlqar qızının aşağıdakı məqaləsini oxucularımızın diqqətinə çatdırırıq.

    Ağdərə toponimi haqqında

    Azərbaycan Respublikasının qərbində, Xankəndi şəhərindən 62 kilometr şimalda yerləşən Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Aparılan tədqiqatlardan məlum olur ki, Ağdərənin ilkin adı «İsfahancıq», XIX əsrdə «Hunaşin» və ya «Xonaşen» adlandırılıb. XIX əsrdə Qarabağ düzünün 36- min desyatin hissəsini əhatə edən Xonaşen ərazisi maldar ellər üçün qışlaq yeri idi. Xonaşen toponimi «hun» və «şen» sözlərindən ibarətdir. Vizantiya tarixçisi Feofan yazır ki, 624-cü ildə Vizantiya çarı İrakli Albaniyada «Hun ölkəsi» adlı yerdə xəzərlərlə görüşmüşdü.
    Güman etmək olar ki, «Hun ölkəsi» adlı həmin yer məhz Xonaşendir. Məkrli niyyət sahibləri olan erməni «tədqiqatçıları» «şen» sözünün erməni dilinə məxsusluğunu əldə rəhbər tutaraq ərazinin ermənilərə aid olduğunu iddia edirlər. Lakin araşdırmalardan məlum olur ki, «şen» sözü qədim türk mənşəlidir. Belə ki, XIII əsrə aid «Türk-ərəb lüğəti»ndə «şen» sözünün, «məskun», «əhali yaşayan yer», «əhalisi sıx olan yer» mənasmda olduğu göstərilmişdir. L.Z.Budaqovun, İ.M.Dyakonovun, M. Kaşkarinin, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, «şen» sözü sırf türk-müsəlman sözüdür və bu söz «yaşayış yeri», «kiçik məntəqə», «məhəllə», «abad yer» mənasındadır (Abbasbəyli A. Qafqaz geostrategiya məkanında. Bakı, “Azərnəşr”, 2003, 236 s., s. 109.) Ağdərə oronimi «ağ» («kiçik», «qısa», «dayaz») və «dərə» («çay yatağı», «iki dağ arası», «dərin çuxur») sözlərindən düzəlib, «kiçik çay yatağı», «dayaz çuxur» deməkdir. Bu toponimə Azərbaycanın müxtəlif yerlərində rast gəlmək mümkündür. Belə ki, Ağsu rayonu Bico kəndi ərazisində, Şamaxıda, Zəngilanda dərə, Tərtər rayonunda dağ oronimləri, Xızı, Ordubad, Şamaxı, Tovuz, Laçın, Daşkəsən kənd öykonimləri, Girdimançay hövzəsində çay hidronimi Ağdərə adını daşıyır. Əfqanıstan, İran ərazisində də Ağdərə toponiminə rast gəlmək mümkündür Ağdərə Qarabağ düzünü dağlıq hissəsi ilə birləşdirən keçidin adı olmuşdur. Sonra bu ərazidə Qasabad kəndindən çıxmış ailələr məskunlaşmışdılar. XIX əsrdə çar Rusiyasının erməniləri Azərbaycan torpaqlarına köçürməsinədək Ağdərə bölgəsində əhalinin mütləq hissəsini Azərbaycan türkləri təşkil etmişdir. Bu dövrdən etibarən bura köçürülmələrin nəticəsində Ağdərə bölgəsində ermənilərin sayı artmağa başlamışdır. Ağdərə bölgəsində yaşayan Azərbaycan türkləri zaman-zaman, 1905-1906-cı illər qırğınlarının və Birinci Dünya müharibəsi dövründə baş vermiş kütləvi qırğınlar, soyqırımları nəticəsində öz kəndlərini tərk etmək məcburiyyətində qalmış, nəticə etibarı ilə Azərbaycan kəndlərində ermənilər məskunlaşmış, məskunlaşdıqları kəndlərin tarixi adlarını dəyişdirmişlər. Ağdərə bölgəsi coğrafi baxımdan Xaçınçay və Tərtərçay hövzəsinin bir hissəsini əhatə edir. Azərbaycan çar Rusiyasının müstəmləkəsi altında olduğu zaman Ağdərə bölgəsi Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzasının ərazisinə daxil olmuşdur. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda keçmiş Cavanşir qəzasının Ağdərə ərazisi 1923-1930-cu illər ərzində Ceraberd, 1930-1992-ci illərdə isə Mardakert adlandırılmış, 1930-cu ildə inzibati rayon yaradılmışdır. 1992-ci ildə Ağdərənin tarixi adı bərpa edilmişdir. (Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ. Bakı,2005, 520 s.). 1960-cı ildə Ağdərəyə şəhər tipli qəsəbə, 1985-ci ildə isə şəhər statusu verilmişdir. Ağdərə rayonunun ərazisi 1705 kv.km, əhalisi 44,4 min nəfər olmuşdur ki, onun 14 minini azərbaycanlılar təşkil edirdi. Rayonun bir şəhəri, iki şəhər tipli qəsəbəsi, 57 kəndi, 22 kənd sovetliyi (kənd sovetliyi inzibati anlayışı indi kənd icra nümayəndəliyi kimi ifadə edilir) olmuşdur. Ağdərə rayonunun Suqovuşan qəsəbəsi 1943-cu ildə, Marağa qəsəbəsi isə 1967-ci ildə yaradılmışdır.
    1981-ci il məlumatına görə Ağdərənin ərazisi 1705 kv. km, əhalisi 44400 nəfər idi, bundan 5,7 mini Ağdərə şəhərində, 5,8 mini qəsəbələrdə, 33,2 mini kənddə məskunlaşmışdır. Ağdərə rayonunda yaşayan ümumi əhalinin 13,1 min nəfərini azərbaycanlılar, 30,2 minini ermənilər, yerdə qalanını isə digər millətlər təşkil edirdi. Ağdərə rayonunda bir kvadrat kilometrə 26 nəfər əhali düşürdü. Bu göstərici ümumrespublika səviyyəsində, ən yüksək göstərici idi. Bütün bunlar isə bütövlükdə, Qarabağda, o cümlədən Ağdərə rayonunda əhalinin yaxşı yaşamasına şərait yaradırdı. Bundan cənubda Tərtər çayının dərəsi və Aterk çökəkliyi, daha cənubda Qarabağ silsiləsinin qolu Oxuax-pur silsiləsi (hündürlüyü 1743 m) yerləşir. Səthi dağlıq hissəsində Yura və Təbaşir vulkanik çökmə və çökmə süxurlarından, düzənlikdə Antropogenin çağıldaşı və gilcələrindən təşkil olunmuşdur. Ağdərə rayonu ərazisində Tərtər çayının sol sahilində Murovdağ silsiləsində Keçəldağ yerləşir ki, dağın hündürlüyü 2232 metrdir. Keçəldağ tabaşir sisteminin əhəngdaşlarından təşkil olunmuşdur və subalp çəmənlikləri var (Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. Bakı, «Elm», 1995, s.330).
    Sərsəng su anbarının tarixi əhəmiyyəti.
    Yuxarıda qeyd etdiyimiz kimi Ağdərə ərazisindən Tərtər çayı axır ki, çay öz başlanğıcını Qarabağ yaylasından (3120 m hündürlükdən) başlayır. Əsasən yeraltı sularla qidalanır. Yeri gəlmişkən onu da qeyd edək ki, Kürün sağ qolunda yerləşən Tərtər çayınn uzunluğu 184 km, hövzəsinin sahəsi 2650 km, 2 orta illik su səthi 23,2 mVsan., illik axın həcmi 729 mln. kubmetrdir. 1976-cı ildə Ağdərə rayonunun Sərsəng dərəsində Tərtər çayı uzərində, daha dəqiq Qarı körpüsü üzərində inşa edilmiş Sərsəng Su Anbarı istifadəyə verilmişdir. Bu nəhəng qurğunun tikilib başa çatdırılması Ümummilli liderimiz Heydər Əliyevin diqqət və böyük qayğısı ilə bağlı olmuşdur. Dövlət başçısı tikinti işlərinə özü nəzarət etmiş və hətta 70-ci illərdə «Tərtər çayında magistral kanallarla birlikdə su anbarı tikintisini sürətləndirmək tədbiləri haqqında» xüsusi qərar da vermişdir. Tikintiyə əsaslı vəsaitin həcmi artırılmış, yeni texnika, işçi qüvvəsi cəlb edilmişdir. Hətta Moskvadan, Kiyevdən, Volqoqraddan gətirilən mütəxəssislər Sərsəng SES-ə cəlb edilmişdir. Tikintiyə sərf olunan vəsaitin ümumi həcmi 95 milyon manata çatdırıldı ki, bu da altıncı beşillik ərzində respublikamızda su təsərrüfat qurğuları tikintisinə sərf edilən bütün vəsaitə təxminən bərabər idi. Tezliklə 20 milyon kubmetrdən çox torpaq qazılıb daşındı, təqribən 300 min kub metr beton və sement beton töküldü, 2800 ton metal konstruksiya və texnoloji avadanlıq quraşdırıldı və uzunluğu 1 km-dən çox olan yeraltı tunellər çəkildi. Dahi siyasətçi Heydər Əliyev Sərsəng su anbarının açılışında iştirak etmiş və çıxışında göstərmişdi ki, Ağdərə rayonunda Sərsəng adlı yerdə 126 metrlik tökmə bənd Avropada ən hündür bəndlərdən biridir. Su anbarı 560 milyon kubmetr su tutur. Bu su, ümumi uzunluğu təxminən 100 km olan kanallar vasitəsilə Qarabağın və respublikamızın qonşu rayonlarının tarlalarına axıdılırdı. Ağdərə rayonu ərazisindən Xaçın çayı da axır. Yeri gəlmişkən qeyd edək ki, bu çayın uzunluğu 119 km, hövzəsinin səthi 657 kvadratkmdir. Qarabağ silsiləsindən (Uyuxlu dağından cənubda, 2100 m hündürlükdən) başlanır. Mühüm qolu Kolataq-dır. Əsasən, yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır.

    (Davamı növbəti nömrəmizdə)

     

     

     

     

     

     

     

    Rayon ərazisindən axan Torağay çay Tərtər çayının sol qolu olmaqla başlanğıcın Camış dağından alır. Uzunluğu 35 km, hövzəsinin sahəsi 172 km2-dir. Suvarmada istifadə olunur [Abdullayev V. Azərbaycan yeni diplomatiya məkanında, Bakı,≪Azəməşr≫, 2000., s.287]. Ağdərə rayonu ərazisindən Gülyataq çayı, Qabartı çayı, Qanıq çayı, Yenşərəgəl çayları da axır. Bu çaylar öz başlanğıcını qar, yağış və yeraltı sulardan alır. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi. Qızılbulaq qazıntı yatağında 13,5 vahid sənaye ehtiyatı olan qızıl, 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq – 1, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı təcavüzkar Ermənistan tərəfindən işğal edilmişdi. Ağdərə rayonu ərazisində kiçik dağ gölləri var (Qara göl və s.). Ağdərənin iqlimi çox yerdə qışı quraq keçən mülayim-isti, yüksək dağlarda isə soyuqdur.
    Ağdərə rayonunda mədəni quruculuq işləri. Sovet hakimiyyəti illərində Ağdərə rayonunda mədəni quruculuq sahəsində çox böyük nailiyyətlər əldə edilmişdir. 1982-ci ildə rayonda 27 məktəbəqədər uşaq müəssisəsi var idi ki, bu müəssisələrdə 1225 uşaq tərbiyə olunurdu.
    Azərbaycanın qədim tarixə malik Ağdərə ərazisi memarlıq abidələri ilə zəngindir. Rayonun Dovşanlı kəndindən 9 km Cənub-Şərqdə Xaçın çayının sağ sahilində ilk tunc dövrünə aid Xaçınçay kurqanları aşkar edilmişdir. Kurqanların hündürlüyü təxminən 1-2,5 metr, diametri 10-20 metrdir. Buradakı dəfn adəti biri-birindən fərqlənirdi. Kurqanlardan qızıl bəzək əşyaları, arxaik tipli xəncərlər, daş toppuz, dəvəgözündən bıçaq və bir ədəd bütöv saxsı qab tapılmışdır [ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair təklifləri. // ≪Xalq qəzeti≫, 21 fevral 2001-ci il.. s. 19].
    27 il Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Rəsmi məlumata əsasən, işğal edilmiş ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Ağdərə rayonunda düşmən tapdağı altında dağıdılan pir ziyarətgahından biri rayon mərkəzindən 10 km aralıda yerləşən Ulduztəpə piri olmuşdur.
    Ağdərə abidələri. Ağdərə rayonunda Çardaxlı kəndində tikilmiş Carabert («Su ilə əhatə olunan») qalasıdır. Qalaya Caraberti (car çəkilən yer) də deyirlər. Qalanm adı VII əsr mənbələrində çəkilmişdir. Qala Toraqay çayımn Tərtər çayma töküldüyü yerdə, çay səthindən təxminən 1500 m yüksəklikdə, sıldırım qayalıqdan ibarət bir yüksəklikdə bina edilmişdir. Azərbaycan arxeoloqları 1963-cü ildə Carabert qalasmı tədqiq etmişdilər. Qalanın yuxarısı ikiqat qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qala hərbi məqsədlə istifadə olunmuşdu. Təsadüfi deyildir ki, son dövrlərə qədər məhz bu qalanın adı ilə Yuxarı Qarabağm bir hissəsi Carabert adlamrdı. Ağdərə rayonu ərazisində XIII-XIX əsrlərdə alban katalikoslarının iqamətgahı olan Xəzinədağ-Gəncəsər məbədi var. Tarixçi Kirakos Gəncəlinin məlumatma görə Xəzinədağ-Gəncəsər məbədi 1216—1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal tərəfindən tikilmişdir. Məbədin daxili müxtəlif naxışlar, həmçinin rəngarəng freskalarla bəzədilmişdir. Məbəd günbəzli formadadır. Xəzinədağ-Gəncəsər məbədi xüsusi zal, cübbəxanalar, mehrab və zəngxanadan ibarət tağbənd örtüklü böyük kompleksdir [ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycan Prezidenti\ Heydər Əliyevin nitqi (2 dekabr 1996). //Dirçəliş – XXI əsr 2003, M>70, s. 103-107., s.71]. Rayonun ərazisində Vəngli kəndində Xanabad qalası, Gülüstan kəndi yaxınlığında qala qalıqları, Ağdərə şəhəri yaxınlığında Cermux qalası, Kolataq kəndində 635-ci ildə inşa edilmiş məbədi, Ağdərənin 1 km şimal qərbində dağ ətəyində XIII əsrə aid memarlıq abidələri, XII-XIII əsrlərə aid qala qalıqları, Maqavuz kəndində orta əsrlərə aid arxeoloji abidə, körpü, XII əsrə aid Yegeş-Arakül məbədi, Talış kəndi ərazisində’memarlıq abidələri, XIII əsrə aid Ürək məbədi, Tərtər çayı üzərində körpü, Tərtər çaymın yuxarı axarmda (Murovdağm ətəyində) XIII əsrə aid məbəd, Kasabet («Dağ yamacı») kəndində Hətəm-Məlik qalası, körpü və digər qədim mədəniyyət abidələri var idi. Təəssüflər olsun ki, Azərbaycanm yuxarıda adları qeyd olunan və qeyd etmədiyimiz qədim tarixi abidələri Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Ağdərə rayonu ərazisində yaradılmış abidələrdən biri də bölgənin erməni icmasının xahişi ilə 1978-ci ildə Marağa kəndində ermənilərin Ağdərəyə köçürülməsinin 150 illiyi münasibətilə inşa edilmişdir. Abidənin üzərinə böyük rəqəmlərlə «1828-1978» və «150» rəqəmləri həkk olunmuşdu. Lakin bu abidə bəzi məsələlərə aydmlıq gətirdiyi üçün ermənilər 1991-ci ildə həmin abidəni məhv etdilər. Lakin 2017-ci ildə tarixi əhəmiyyət kəsb edən abidə rayon rəhbərliyinin və mənim səylərim, çoxsaylı müraciətlərim nəticəsində təmir-bərpa olunmuşdur.
    1985-ci ildə Ağdərə rayonunda 340 çarpayılıq 8 xəstəxana müəssisəsi, 50 həkim məntəqəsi, sanitariya-epidemioloji stansiya, 50 həkim, 400 orta tibb işçisi var idi.
    Ağdərənin florası və faunası. Ağdərə rayonunun ərazisinin 44%-ni son dərəcə füsunkar gözəliklərə malik zəngin flora və fauna aləmindən ibarət meşələr təşkil edirdi. Ağdərə bölgəsi zəngin faydalı qazıntı yataqları ilə də seçilir. Bölgədə Qızılbulaq və Canyataq-Gülyataq qızıl yataqları, Mehmana qurğşun və sink yatağı, Dəmirli mis yatağı və digər faydalı qazıntı yataqları vardır.
    Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir [ http://www.e-qanun.az/framework/7800].
    Ağdərə rayonunun ləğv olunması. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir. Ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir [ http://www.e-qanun.az/framework/7800, ], [Azərbaycan tarixinin parlaq səhifələri. Bakı, 1998.].
    Ağdərə rayonu 7 iyul 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Ağdərə keçmiş DQMV-nin ən böyük rayonu olmuşdur.
    Qarabağ zəfəri və Ağdərənin azadlığı. 2020-ci il sentyabr–noyabr aylarında rəşadətli Azərbaycan ordusu Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyevin bilavasitə başçılığı ilə, dönməz iradəsinin mənəvi gücü və stimulu nəticəsində tarixi torpaqlarımız həmçinin Ağdərəmiz işğaldan qurtuldu. 8 noyabr 2020-ci il tarixi isə Azərbaycanın Zəfər günü kimi qızıl hərflərlə şanlı tariximizə əbədi həkk olundu. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Qarabağ Azərbaycandır!

     

     

    Müəllif: Redaktor, 14:10

İsmarıclar bağlıdır.