Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq
    Digər YOLUMUZ QARABAĞADIR: BURA VƏTƏNDİR, BALAM! üçün şərhlər bağlıdır

    Məktəb vaxtı inşa yazardıq: Haradan başlanır Vətən?
    Hər kəs sərbəst mövzuda yazdığı inşasına bir cür başlardı: Kimi ana qucağından deyərdi, kimi ata ocağından, kimi doğulduğu şəhərdən, kənddən.
    Onda hələ torpaqlarımız işğal olunmamış, oğullarımız Qarabağ torpaqları uğrunda şəhid olmamışdı.
    İndi məktəbli olsam, Vətən mənimçün şəhid qanı ilə suvarılmış Qarabağ torpaqlarından başlayır, deyərəm. O torpaqlardan ki, 44 günlük Vətən müharibəsində bu yerləri azad etməklə Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə igid oğullarımız 30 ildən sonra qələbə sevincini bizə yaşatdılar…
    Çoxdan idi ki, işğaldan azad edilmiş torpaqlarımızı ziyarət etmək istəyirdim. Ailəlikcə yolumuza Ağdamdan–vaxtı ilə çal-çagırli, bağbağatlı, qaynar həyatlı, insanları qoçaq, necə deyərlər, “daşdan pul çıxaran” Ağdamdan başladıq. Sonuncu dəfə bu şəhərdə hardasa 28 yaşımda olmuşdum. Yaddaşımda gözəl, çox gözəl bir şəhər kimi qalmışdı, məsçidini ziyarət etmişdim, çörək muzeyində olmuşdum, Pioner evinə (o vaxt pioner evinin direktoru tanınmış musiqiçi, bəstəkar, Qarabağdan çıxmış neçə-neçə sənətkarın ustadı olmuş Murad Rzayev idi) müsabiqəyə uşaq aparmışdıq. Mən də Tərtərdə eyni məkanda kütləvi işçi işləyirdim.
    Əvvələn deyim ki, bu yerlərə çox kövrək hisslərlə qədəm basdım, torpağında, hər daşında Azərbaycan əsgərinin ayaq səsini, atəş səslərini eşitdim, müharibənin ətrafa yaydığı ölümü, fəlakəti, əlilliyi yada saldım. Dağılan yurd yerləri, şəhid məzarlarının üstündə dalğalanan bayraqlarımız çox kövrəltdi məni. Ancaq aparılan tikinti-abadlıq işlərini gördükcə bir daha Prezidetimizlə – Ali Baş Komandanımızla qürur duydum. İnanıram ki, Ağdam insan əlləri ilə yenidən qurulacaq, yenidən əvvəlkindən də gözəl, yaraşıqlı bir şəhərə çevriləcək. Daha ətraflı »

  • 29Avq
    Digər Oxucu məktubları üçün şərhlər bağlıdır

    “Ömrümdə bu qədər sevindiyim, kədərləndiyim və qürurlandığım olmamışdı”

    Mehriban və bağışlayan Allahın adı ilə. Mənim 14 yaşım olarkən, gözəl Şuşamız dövrün hakimiyyət hərc-mərcliyinə görə və vahid Ordu komandanlığının olmaması səbəbi ilə mənfur ermənilər və havadarları vasitəsilə zəbt edildi. Və ardınca da digər uzun illər düşmən tapdağı altında qalmış ərazilərimiz əlimizdən çıxdı. Azərbaycanımızın Xocalı yarası almış ürəyinə bir də belə dağlar çəkildi. Düz 28 il o müqəddəs, o gözəl yurdumuza həsrətimiz başladı. 1994-cü ilin may ayından imzalanan atəşkəs razılaşmasından sonra bir sakitlik dövrü başladı. Əslində isə millətimizin yaxın zamanlarda azadlıq niyyətli bir hazırlıq institutu formalaşırdı. Bu illər ərzində neçə-neçə oğullarımız cəbhə xəttində mənfur düşmənlərin açdığı atəşlə şəhid edildilər. Nəinki hərbi qulluqçular, habelə örüşdə heyvan otaran insanlar, tarlasında çalışan dinc sakinlər və hətta azyaşlı uşaqlarımız o vəhşilərin gülləsinin qurbanı oldular. Ən təəssüflüsü də bu idi ki, özlərini dünyaya sülhsevər, demokratik, insanpərvər kimi tanıdan Avropa, ATƏT və s. gözləri önündə olurdu bütün bunlar. Dəfələrlə silahlı qarşıdurmalar oldu. 2014-2016-cı illərdə hər iki tərəfin itkisi ilə nəticələnən, hətta ağır artilleriyadan da istifadə edilən qısa müddətli döyüşlər baş verdi. Artıq ermənilər özlərinə necə arxayın idilərsə, əlimizdən yeni-yeni bölgələrimizi alacaqları ilə bağlı sərsəm ifadələr işlədirdilər. Artıq onlara hədlərini bildirməyin vaxtı çatmışdı. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən azadlığı mücadiləsi başlandı. Ali səviyyədə aparılan xarici siyasət, ordunun yüksək əhval-ruhiyyədə olması, xalqın bir yumruq kimi birləşməsi zəbtdə olan torpaqla-rımızın 44 günə azad edilməsi ilə nəticələndi. Daha ətraflı »

  • 29Avq
    Ədəbiyyat UNUDULMAYAN GÖRÜŞ VƏ YA XATİRƏ-HEKAYƏ üçün şərhlər bağlıdır

    1976-cı il. 22 iyun! Mən ilk dəfə doğma diyarımız olan Kəlbəcərə–Uca Tanrının bizlərə bəxş elədiyi möcüzənin–misilsiz müalicə ocağı – İstisuyun görüşünə gedirdim. Günəş şəfəqlərini yaymağa başlayanda mən artıq Ağdərəni keçmişdim. Heyranlıqla sağa-sola baxa-baxa təbiətin mənzərələrini seyr edirdim. Heyrətdən yanaşı əyləşdiyim yol yoldaşımla tanış olub ünsiyyət qurmağı da unutmuşdum. Maraqlı mənzərələr bir-birini əvəz edirdi. Sərsəng yolu, günəş işığına “tamarzı” dərələr, yaşıllığıyla göz oxşayan meşələr, axını ipə-sapa yatmayan Tərtər çayı… təbii ki, bu yerləri ilk dəfə görən hər kəs heyrətlənməyə bilməz. Avtobus irəlilədikcə daha maraqlı mənzərələrin şahidi olurdum, sıldırım qayaların vahiməli duruşunu gördükcə sanki indicə uçacağını zənn edirdim. Nəhayət, günorta olar-olmaz mənzilə çatmışdım. İstisuyun xoş təsir bağışlayan təbiətindən, saya gəlməz qədər əhalinin məmnunluğundan, qeyri millətlərin də bu ocağı tanıyıb istirahət və istifadə etmələrindən qürurlanmışdım.
    Qısaca olaraq ürəyimdən bu misralar gəlib keçmişdi:

    İstisu–yurdumun gözəl neməti,
    Məğrur Dəlidağın səfasısan sən.
    Bir yol qonaq olan unutmaz qəti,
    Çünki milyonların şəfasısan sən.
    * * *

    Növbəti dəfə 1984-cü ilin 25 avqust tarixində yaddaşımda silinməz izlər qoymuş, qəlbimdə xoş xatirələrlə qalmış qocaman ulu dağların görüşünə gedirdim. Səfər çantamda iyirmiyə yaxın şeir kitabı aparırdım. Darıxmayım deyə mənimlə gedən “dostlarımın” sırasında şeirlərini sevə-sevə oxuduğum Sabir Rüstəmxanlının “Xəbər gözləyirəm”, “Gəncə qapısı” və “Sağ ol, ana dilim” kitabları da var idi.
    Görüşə təxminən bir saatdan artıq vaxt qalsa da, xəyalım artıq Dəlidağın zirvələrini dolaşırdı. Mənzilə çatmağa səbri çatmayan həvəskar qələmim bəzi təsvirləri nəzmə düzməyə başlamışdı: Daha ətraflı »

  • 29Avq
    Xəbərlər 14 ədəd söhbətgah tikilib üçün şərhlər bağlıdır

    Son zamanlar şəhərimizdə xeyli dəyişikliklər olub. Şəhər ərazisində yerləşən binaların qarşısında sakinlərin, uşaqların rahat çıxıb dincəlmələri, söhbət etmələri üçün söhbətkahlar düzəldilib. 2022-ci ildə ümumilikdə 7 ədəd söhbətgah tikilib. Nizami küçəsində yerləşən 40a, 40b, 40, 40q binalarının qarşısında 3 ədəd, V. Həsənov küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd, Ədalət Paşayev küçəsində yerləşən çoxmənzilli binaların qarşısında 2 ədəd söhbətgah tikilib istifadəyə verilib.
    Bu işlər 2023-cü ildə də davam etdirilib. Belə ki, yaşayış binalarının qarşısında 4 ədəd söhbətgah tikilib sakinlərin istifadəsinə verilib. Nizami küçəsində yerləşən 2 mərtəbəli yaşayış binalarında 1 ədəd, N. Nərimanov küçəsindəki 2 mərtəbəli yaşayış binalarının qarşısında 1 ədəd söhbətgah tikilmişdir. Daha ətraflı »

  • 26Avq
    Xəbərlər İki nüfuzlu dövlət rəsmi müttəfiq oldular üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata bəyanat verib.

    Qeyd olunub ki, Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri olmuşdur.

    Dövlət başçısı bildirib ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

    Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.

    Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.

    Daha ətraflı »

  • 26Avq
    Digər 26 avqust Laçın şəhəri günüdür üçün şərhlər bağlıdır

    Xəyanətin qurbanı olan Laçın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycana təhvil verilib

    1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

    Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

    Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

    Daha ətraflı »

  • 20Avq
    Digər Ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verən tarixi səfər üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 19 avqust tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bu Səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

    Qeyd olunub ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüş təşkil olunmuşdur.

    Səfər çərçivəsində qəbul edilən sənədlər münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir.

    Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq. Daha ətraflı »

  • 16Avq
    Digər 1 sentyabr Milli Məclisə növbədənkənar seçkilər günüdür üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ SEÇİCİLƏRİN ƏHVAL – RUHİYYƏSİ YÜKSƏKDİR

    97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir.
    Məntəqənin sədri Məzahir Cəfərov deyir:
    –Seçki məntəqəsi zəruri texniki və metodiki vasitələrlə, elektrik generatoru ilə təmin edilib, burada veb-kameralar quraşdırılıb. Seçicilərin namizədlərə öz münasibətlərini sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. Məntəqədə seçkini izləyəcək yerli və xarici müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
    Öyrəndik ki, qarşıdan gələn bu mühüm siyasi kampaniyada iştirak edənlərin 6 nəfəri ilk dəfə səs verənlər, 3 nəfəri əlildir. 11 nəfər seçicinin yaşı 80-dən yuxarıdır. Məntəqəyə gələ bilməyənlər üçün daşınan qutu hazırlanıb.
    1940-cı il təvəllüdlü seçici Camal Kərimovla əlaqə saxladıq. O dedi:
    –2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbəmiz və bundan sonra keçirilən antiterror əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, suverenliyimiz tam təmin olundu. Bundan sonra insanlarda böyük ruh yüksəkliyi, qurub-yaratmaq həvəsi yaranıb. O cümlədən qəhrəman tərtərlilər 30 ildən artıq bir müddətdə daim mənfur qonşularımızın hücumlarına məruz qalan rayonumuzu abadlaşdırır, gözəlləşdirirlər. Biz qarşıdan gələn siyasi kampaniyada da fəal iştirak edəcəyik. Daha ətraflı »

  • 16Avq
    Digər Rayon rəhbərinin səyyar qəbul-görüşləri üçün şərhlər bağlıdır

    İqtisadi göstəricilər artdıqca, əhalinin rifahı yaxşılaşır

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kənd İƏD üzrə nümayəndəliyin Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Bala Kəngərli kəndində görülən işlərdən, sakinlərin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Bala Kəngərli kəndinin 358 hektar ərazisi, 141 təsərrüfatı, 636 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət obyekti, 1 iaşə obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 298 baş iribuynuzlu, 259 baş xırdabuynuzlu heyvan, 2560 baş quş, 95 arı ailəsi saxlayırlar. Daha ətraflı »

  • 16Avq
    Xəbərlər Keçmiş döyüşçü ziyarət olunub üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Abbasov Əkrəm Əşrəf oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Əkrəm Abbasov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə Rayon Polis Şöbəsinin əməkdaşı olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Əkrəm Abbasova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.