Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyi haqqında deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Bu sadəcə Orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq– budur, vətənpərvərlik”
    Son illərdə Azərbaycanda çox vətənpərvər, milli şüura bağlı, minlərlə gənc yetişir. O gənclər ki, Vətən müharibəsində qanları-canları bahasına torpaqlarımızı işğaldan azad etdilər. Bu amal uğrunda müxtəlif fikirli insanlar, hərbçilər, mülki vətəndaşlar yaşından asılı olmayaraq vətən naminə birləşdilər. Vətənpərvərlik ruhunun ən bariz nümunəsi tariximizin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi oldu. Azərbaycan gənclərinin necə vətənpərvər olduğunu, millətimizi, dövlətini, dövlətçilik ənənələrini necə sevdiyini, dövlət və xalq birliyini bütün dünya gördü. Vətən uğrunda döyüşmək, vətəni qorumaq, sevmək bizim ən böyük vəzifələrimizdən biridir. Çünki Vətən hər birimizin müqəddəs səcdəgahıdır. Hər şeydən pay olar, amma vətəndən pay olmaz.
    Bu gün doğma vətənimizin ayrılmaz bir hissəsi olan Qarabağın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid və ya qazi olmuş qəhrəman oğullarımızın göstərdiyi rəşadət nümunələri yetişməkdə olan gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir. Azərbaycanın hər bir bölgəsində vətənpərvər gənclərimiz yetişir. Tərtər rayonunda da gənclərin vətənpərvər ruhda böyüməsi üçün məktəblərdə, müəyyən təhsil ocaqlarında işlər aparılır. Məktəblərə, küçələrə şəhid adları verilir və onlar haqqında məlumat toplamaq şagirdlərə tapşırılır. Və bunun nəticəsində şagirdlər onları özlərinə bir nümunə olaraq götürürlər. Şəhidlərimizin anım günlərində onların ailələri ziyarət olunur, keçdikləri şərəfli yolla şagirdlər tanış olurlar. Döyüşən gənclərimiz bəzi məktəblərimizdə işlə təmin olunub. Onlar da öz növbəsində bu hissi şagirdlərə aşılayırlar. Demək olar ki, rayonumuzda hər bir ailədə qazi, şəhid, veteran var.
    Çox sevindirici haldır ki, bu gün ölkəmizdə torpağa, vətənə, bayrağa bağlı gənc nəsil yetişir.

    İlahə PAŞAZADƏ

     

    Müəllif: Redaktor, 11:03

İsmarıclar bağlıdır.