Bu günlərdə Energetika naziri Pərviz Şahbazov Tərtər şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir Pərviz Şahbazov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xəttinin çəkilişi, enerji verilişinin dayandırılması, qurğu və avadanlıqların istismar vəziyyəti, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Bakı və Mingəçevir şəhərləri, Ucar, Ağcabədi və Bərdə rayonlarından olan 10 vətəndaş iştirak edib.