XOCALI SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Xocalı faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da dərin hüznlə qeyd olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, 17 Xocalı ailəsinin üzvü və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, eləcə də Xocalı soyqırmı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib, respublika Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Arzu və Leyla Əliyevalar ilə birlikdə Xocalıya səfərindən, Xocalı şəhərinin Ballıca kənd sakinləri ilə görüşündən, ölkə rəhbərinin Xocalı şəhərində Xocalı Memorial Abidə-Kompleksinin yaradılması ilə bağlı imzaladığı sərəncamdan söhbət açıb. Daha ətraflı »
Yeni ismarıclar